Xoşbəxt insanların 5 vərdişi

23 Aralık 2015
2 103
0
Xoşbəxt insanların 5 vərdişi
Xoşbəxt insanların 5 vərdişi

Xoşbəxt insanların 5 vərdişi

Heç kəs təsadüf nəticəsidə xoşbəxt olmur. Bu müəyyən həyat pozisiyadır və üzərində olduqca çox işləmək lazımdır. Əgər hər gün xoşbəxt olmağınız üçün xırda da olsa bir addım atmırsınızsa, onda kiminsə gəlib sizi xoşbəxt edəcəyini gözləməyiniz də düzgün deyil. Yapon atalar sözündə deyilir ki, əgər sən 7 dəfə yıxılırsansa, səkkiz dəfə qalxmalısan. Yəni, ruhdan düşmək olmaz. Həmçinin də vərdişlər həyatımızı daha xoşbəxt etməyə qadirdirlər. Gəlin bizə daha xoşbəxt olmağa kömək edəcək 5 vərdişlə tanış olaq.

Xoşbəxt insanların 5 vərdişi

1. Başqalarının haqqınızda nə düşündüklərini vecinə almamaq

Xoşbəxt insanlar daha çox özləri və yaxınları üçün yaşayırlar. Onlar üçün əsas hisslərdir və başqalarının haqlarında dedikləri sözlərə və pis fikirlərinə görə heç vaxt pis olmurlar. Qıraqdan danışanların sözləri su kimi axır gedir və xoşbəxt insanlar da istədikləri kimi həyat yaşayırlar.

Xoşbəxt insanların 5 vərdişi

2. Hər şeydə müsbət bir tərəf axtarmaq

Hə, bu heç də hər zaman asan olmur. Lakin bir çox hadisədə hər hansı bir müsbət tərəf tapmaq mümkündür. Həmin nöqtədən yapışıb, pis situasiyadan daha yaxşı çıxmaq lazımdır. Əgər müsbət tərəf yoxdursa, onlar bunu özləri yaradacaqlar. Onlar peşman olmurlar. Hər hansı bir şey yaxşı olubsa, bu əladır. Pis olubsa, edəcək bir şey yoxdur, sadəcə miminum zərərlə vəziyyətdən çıxmaq lazımdır.

Xoşbəxt insanların 5 vərdişi

3. Daha çox gülmək və istiqanlı olmaq

Bu insanlar sizin haradan olduğunuza və ya necə göründüyünüzə fikir vermirlər. Onlara yeganə lazım olan şey – birlikdə gülməyə və xoşbəxt olmağa daha bir insanın olmasıdır. Belə insanların xoşbəxtliyi də keçicidir – yanlarındakı hər kəsi xoşbəxt etməyə qadirdirlər. Çox gülür və müsbət enerji yayırlar.

Xoşbəxt insanların 5 vərdişi

4. Həyatda hər şeyin mükəmməl olmadığını bilirlər

Mükəmməlçilik insanı dəli edə bilər. Hər şey öz qədərində gözəldir. Bu insanlar mükəmmələ doğru olan istəklərini nəzarət altında saxlaya bilirlər. Hər hansı bir xətaya görə özlərini sərt tənqid etmirlər. Nəsə düz getməyibsə, bu təbiidir, olan işdir. Nəticədə hər şeyi nəzarət altında saxlamaq mümkün deyil.

Xoşbəxt insanların 5 vərdişi

5. İndiki zamanla yaşamaq

Xoşbəxt insanlar əylənmək üçün həftəsonu gözləmir, bu xoşbəxtliyi yeni maşın və ya ev almağa bağlamır. Onlar baharı, yazı, payızı və ya qışı gözləmirlər. İndiki zamanda yaşamaq həyatını gözləmə kamerasında keçirməkdən qat-qat yaxşıdır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.