Qorxu filmlərinin insan psixologiyasına təsiri

26 Aralık 2015
2 453
2
Qorxu filmlərinin insan psixologiyasına təsiri
Qorxu filmlərinin insan psixologiyasına təsiri

Qorxu filmlərinin insan psixologiyasına təsiri

Qorxu filmləri XX əsrin ortalarından etibarən daha çox müraciət edilən janrlardan biri oldu. Əvvəllər fantastik ədəbi qəhrəmanlardan bəhs edilən bu tip filmlərdə II Dünya Müharibəsindən sonra fərqliliklər meydana gəlir - daha çox insan həyatı üçün təhlükə törədə biləcək məqamlara nəzər yetirilir. Bu zaman 3 mövzu əsas götürülür: şəxsiyyət qorxusu, qiyamət qorxusu və şeytani qüvvələr qorxusu.
Böyük auditoriyası olan qorxu filmlərinə uzun müddət film tənqidçiləri o qədər də ciddi yanaşmayıblar. Ancaq böyük film studiyalarının və hörmət edilən rejissorların da bu sahədə öz işlərini görməsi tənqidçilərin marağına səbəb olub. Hazırda isə texnikanın inkişafı bu cür fantastik filmlərin çəkilməsinə geniş imkan yaratmışdır.


Bəs insanlar nəyə görə bu cür filmlərə baxmaq istəyirlər?

Apardığımız sorğu nəticəsində məlum oldu ki, bu cür filmlərə, əsasən, həzz almaq üçün baxırlar. Ancaq səbəblər təkcə bununla kifayətlənmir. Məsələn, bəzi şəxslər özlərini tənha hiss edəndə və ya əhvalı yaxşı olmayanda baxdıqlarını dedilər. Bəziləri isə bu cür filmlərə baxmalarının bir səbəbi olmadığını, sadəcə, xoşlarına gəldiyi üçün izlədiklərini qeyd etdilər. Psixoloq Aybəniz Xəlilova isə belə düşünür: "İnsan elə bir varlıqdır ki, uçurumda, təhlükədə olmağı sevir. Bir növ qorxudan həzz alır. Buna görə də onlar istədikləri qorxunu və həyəcanı qorxu filmlərində axtarırlar. Amma səbəblər çoxdur: insan qəzəbli və ya bədbəxt olanda istəyir, başqalarının bədbəxtliyini görsün. Bu ona tək olmadığını hiss etmək üçün lazımdır. Bəzən, bu cür filmlərə ehtiyac psixoloji məqamlardan irəli gəlir: bəziləri öz qoxularını görmək, bəziləri qorxularına qalib gəlmək, bəziləri qarşılaşa biləcəkləri təhlükələrin qarşısını almaq, bəziləri isə, sadəcə, həzz aldıqları üçün qorxu filmlərinə baxırlar".

Gördüyümüz kimi, qorxu filmlərini izləməyə səbəb tapmaq çətin məsələ deyil. Psixoloji məqamların da burda təsirini nəzərə alsaq, deməli, filmlər insana bu və ya digər dərəcədə təsir edir. Bəs insan belə filmlərin təsiri altına necə düşür? Ümumiyyətlə, psixoloji filmlər nə kimi fəsadlar törədə bilər?


Xəyalə Bayramova (Bakı Slavyan Universiteti, 1`ci kurs tələbəsi) : "Bir filmdə qız mətbəxdə ruh görür. Bu səhnə mənə o qədər təsir etmişdi ki, bir neçə gün mətbəxə girməyə çəkinirdim".

Bəhram Həsənov (Bakı Slavyan Universiteti 3`cü kurs tələbəsi): "Qorxu filmlərindəki hadisələr mənə film müddətində təsir edir. Film qurtardıqdan sonra isə heç bir təsiri olmur. Əsasən, filmdə yağış və ya qar yağırsa, mən hazırda pəncərədən baxsam, yağışın ya da qarın yağdığını görəcəyimi hiss edirəm".

Mələk Səmədli (Bakı Slavyan Universiteti, 1`ci kurs tələbəsi): "Bu cür filmlərin psixoloji təsiri filmdən sonrakı bir neçə saat olur. Tədricən təsir itir".

Bu və ya digər dərəcədə qorxu filmlərinin izləyiciyə təsir etdiyini görürük. Bu təsir bəzi hallarda film boyu olsa da, bəzi hallarda daha uzun müddətli olur.
Psixoloq A.Xəlilova: "Qorxu filmləri insana pis edir. Xüsusilə, azyaşlılarda aqressiya yaradır. Ümumiyyətlə, intim və bu cür filmlər insanda həmin işləri görməyə həvəs yaradır və sonda istənilməyən nəticələrə gətirib çıxarır".

Bir çox ölkələrdə bu cür məqamlar nəzərə alınaraq bəzi filmləri qadağan ediblər. Bu filmlər sırasında "Qrotesk", "Mikey", "Skum" və s. Filmləri göstərmək olar. Zorakılıq səhnələrinin olmasını əsas gətirən bir sıra dövlətlər bu cür filmlərin izləycilərin psixoloji durumuna ciddi zərər verəcəyini bildirirlər. Bu filmlərdə başqa məqamlar da nəzərə alınır: məsələn, ailədaxili münaqişə, dostlar arasında baş verən qalmaqal və bunun nəticəsində törədilən cinayət... Mütəxəssislər düşünürlər ki, bu cür səhnələr insanların, xüsusilə, 12 yaşdan kiçik uşaqların yaxınları ilə münasibətinə təsir edir. Son dövrlərdə baş verən bəzi zorakı və ailə daxilində olan cinayətlərin səbəbləri arasında filmlərin də özünəməxsus yeri var.


Bəs qorxu filmlərinin xeyrli tərəfləri varmı?

Psixoloq A.Xəlilova: "insan qorxu vəziyyətində sırf özü olur. Şüur onu idarə edəndə isə o, maskalanır. Qorxu filmi insanı tanımağa yardımçı ola bilər".
Ümumiyyətlə, elə psixoloji məqamlar var ki, insan həmin anlarda tamam dəyişir. Bu zaman o, həqiqi özü kimi hərəkət edir. Psixologiyada insanın affekt vəziyyətində bu cür davrandığı qeyd edilir.
Deməli, qorxu filmlərindən insanı daha yaxşı tanımaq üçün istifadə etmək olar.
Bu filmlərə, əsasən, gənclərin maraq göstərməsinin səbəbini psixoloq A.Xəlilova belə izah edir: "Yaşa dolmuş insanları həyat yetərincə qorxutduğu üçün bu cür filmlər onlara təsir etmir".
Sonda belə bir faktı qeyd etmək lazımdır ki, qorxu filmləri müasir dövrdə tələb olunan filmlər sırasındadır.


Qorxu filmlərinin insan psixologiyasına təsiri
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. AluRa
    • AluRa
    • 26 Aralık 2015 20:54
    Elede baxan  deyilem,baxanda da elede tesiri olmur.Maraqli melumatdi,tesekkurler
  2. BaBY..
    • BaBY..
    • 26 Aralık 2015 14:03
    -` men cox sevirem qorxu filmlerini ama bu qederde ziyan oldugun bilmirdim.Arada bir baxacam daha.
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.