Dünyanın 11 ölkəsinin fərqli gözəllik sirləri

20 Aralık 2015
2 968
2
Dünyanın 11 ölkəsinin fərqli gözəllik sirləri
Dünyanın 11 ölkəsinin fərqli gözəllik sirləri

Dünyanın 11 ölkəsinin fərqli gözəllik sirləri

Yapon qadınların parlaq saçları, Yunan qadınların zeytun yağından gələn gözəlliyi… Gözəllik mövzusunda hər bir ölkənin özünə xas ənənələri var. Biz də dünyanın müxtəlif ölkələrindən gələn gözəllik sirlərini sizin üçün toplamaq qərarına gəldik:

1. Avstraliya
Avstraliyalı qadınların boymadərən bitkisindən gələn gözəllik sirrinin aborigenlərə qədər gedib çıxdığını deyirlər. Nəmləndirici və canlandırıcı xüsusiyyətiylə bu bitki yaşlanmaqla bağlı cizgiləri qarşısını alır.

Dünyanın 11 ölkəsinin fərqli gözəllik sirləri

2. Çili
Çilili qadınların parlaq dərilərinin sirri antioksidant mənbəyi olaraq bilinən qırmızı üzümdən gəlir. Siz də bunun üçün bir ovuc qırmızı üzümü əlinizdə əzib, iki qaşıq unla qarışdıraraq, hazırladığınız maskanı dərinizə tətbiq edib 10 dəqiqə gözlədikdən sonra, üzünüzü yuya bilərsiniz. Bu təbii maska dəridəki yorğunluq əlamətlərini yox edir, üzə ecazkar bir işıq verir.

3. Dominikan Respublikası
Dominikan Respublikası qadınları çox güclü dırnaqları ilə tanınır. Bu dırnaqların sirri isə sarımsaqda gizlidir. Bir parça təzə sarımsağı rəngsiz dırnaq boyası şüşəsinə atıb, bir həftə və ya 10 günə qədər saxlayın. Daha sonra boyanı dırnağınıza sürtün. Qorxmayın, sarımsağın qoxusundan əsər-əlamət qalmır.

4. Misir
Kleopatranın gözəllik sirrinin süd vannasında gizli olduğu bir əfsanə deyil. Dərinizi yumşaltmaq və ölü dərilərdən təmizləmək üçün hamam suyuna iki stəkan süd tökərək, siz də yumşaq bir cildə qovuşa bilərsiniz.

Dünyanın 11 ölkəsinin fərqli gözəllik sirləri

5. Fransa
Kosmetika dünyasının nəhənglərinin vətəni Fransadakı qadınların gözəllik sirri dəri təmizliyində gizlidir. Fransız qadınlar heç bir halda makiyaj təmizləmədən yatağa girmirlər. Bunun xaricində xüsusi bir maska formulları da var. Gilas və nar çəkirdəklərinin döyülməsiylə hazırladıqları maskanı beş dəqiqəyə qədər dərilərinə tətbiq edən Fransız qadınlar, təbii maddələrlə həm dəri elastikliyini artırır, həm də parlaq bir cildə qovuşurlar.

6. Yunanıstan
Aralıq dənizi qadınlarının gözəlliyini göstərən yunan qadınlarının sirri zeytun yağı qədər, Aralıq dənizi tərzi qidalanma üsulunda yatır. Omega-3 və Omega-6 ilə zəngin balıq, təzə tərəvəz və meyvələr ilə qidalanan yunan qadınlar, antioksidant və vitamin baxımından zəngin bir qidalanma vərdişinə sahibdirlər.

Dünyanın 11 ölkəsinin fərqli gözəllik sirləri


7. İsrail
İsrailli qadınlar dəniz duzunun faydalı gücünə inanır və buna görə də gözəlliklərinin Ölü dənizdən qaynaqlandığını düşünürlər. Siz də dəniz duzunun detoks təsirindən evdə istifadə etmək istəyirsinizsə, yarın stəkan dəniz duzu, bir çimdik dəniz yosunu, yarım stəkan masaj yağı və 10-15 damcı lavanda yağını qarışdırıb dərinizə tətbiq edə bilərsiniz.

Dünyanın 11 ölkəsinin fərqli gözəllik sirləri

8. İtaliya
İtalyan qadınların hər kəsi qısqandıran gözəl saçlarının sirri mətbəxdə gizlidir. Qatıq və zeytun yağını qarışdırıb, saçlarını nəmlənən italyan qadınları beləliklə saça həm zülal, həm də nəmlik qazandırmış olur. Siz də bir fincan qatıq və bir qaşıq zeytun yağı qarışığını yuyulmuş saça tətbiq edib, beş dəqiqə saxladıqdan sonra, soyuq suyla yaxalaya bilərsiniz.

9. Yaponiya
Yapon qadınların ipək kimi uzun saçlarının sirri yenə də Yapon mətbəxində gizlidir. Sushi’nin əsas tərkib hissələrindən biri olan yosun zəngin yod mənbəyi olması səbəbiylə, sağlam saçların təməl daşlarından biridir. Yapon qadınlar yosunu yeməkdən əlavə, pörtüb birbaşa saça da tətbiq edirlər.

10. İspaniya
İspan qadınların saçlarının gözəlliyi isə zoğaldan gəlir. Duşdan çıxmamışdan əvvəl beş stəkan zoğal suyunu normal su ilə qarışdırıb saçlarınıza tətbiq edin. Bunu həyata keçirəndən sonra günəşə çıxsanız, saçınızda təbii rənglər da yaranacaqdır.

Dünyanın 11 ölkəsinin fərqli gözəllik sirləri

11. İsveç
İsveçli qadınların gözəlliyi təbii meyvələr və balıq üstünlüklü qidalanma vərdişlərinin yanaşı İsveç mədəniyyətində mühüm yer tutan saunada gizlidir. Sauna dərini toksinlərdən təmizləyir. Siz də evdə sauna təsiri yaratmaq istəyirsinizsə, bir miqdar qaya duzu, zeytun yağı və 10 damlaya qədər evkalipt yağını qarışdırıb bütün dərinizə masaj edərək tətbiq edin, sonra soyuq su ilə durulayın.

Dünyanın 11 ölkəsinin fərqli gözəllik sirləri


Pahoo.az/uplifers.com
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Tina
    • Tina
    • 20 Aralık 2015 18:45
    meslehete gore tesekkurler
  2. Alev..
    • Alev..
    • 20 Aralık 2015 13:41
    -Maraqlı idi
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.