«İstanbul» kəliməsi hardan gəlir?

24 Aralık 2015
1 367
1
«İstanbul» kəliməsi hardan gəlir?
«İstanbul» kəliməsi hardan gəlir?

«İstanbul» kəliməsi hardan gəlir?

Yeniqapıda tapılan qalıqlarla tarixi 8500 il əvvələ söykənən və dünya üzərində 3 imperatorluğa paytaxtlıq edən tək şəhər olan İstanbul tarixi boyunca dəyişik adlarla xatırlandı. Müxtəlif adlarla adlandırılan şəhərin adı Cümhuriyyətin elanından sonra "Istanbul" olaraq qəbul edildi.

330-cu ildə şəhərə Roma İmperatorluğunun paytaxtı elan edilincə latınca "Yeni Roma" mənasına gələn "Nova Roma" adı qoyuldu, amma bu ad çox mənimsənmədi. 337-ci ildə İmperator I Konstantinin ölümüylə şəhərin adı onun şərəfinə "Konstantinin şəhəri" mənasına gələn "Konstantinopol"a çevrildi. Konstantinopol Bizans İmperatorluğu boyunca şəhərin rəsmi adı olaraq qaldı.

Ayasofya muzeyinin başçısı və tarixçi alim Haluk Dayansının verdiyi açıqlamaya görə, İstanbulun Osmanlılar tərəfindən fəthindən sonra şəhərə bir sıra ad qoyuldu. Bunların bəziləri insanlar tərəfindən az, bir hissəsi isə geniş yayıldı. Bunlar arasında ən məşhuru Sultan III Mustafanın verdiyi İslam şəhəri mənasına gələn “İslambol”dur. Tarixçinin məlumatına görə, “İstanbul” kəliməsinin kökü “şəhərə doğru” mənası verən Stinpol sözündən gəlir. Cümhuriyyətdən sonra rəsmi olaraq istifadə edilməyə başlanan İstanbul adının yunancadan gəldiyini və mənasının şəhər və tərəf bildirdiyini iddia edir.


«İstanbul» kəliməsi hardan gəlir?

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. AluRa
    • AluRa
    • 26 Aralık 2015 21:09
    Melumatim yox idi.Bilmek maraqli oldu.Tesekkurler
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.