Əlidir (ə)
Başım üstündə nigəhban gecə-gündüz Əlidir, Hifz edib əyridən insani edən düz Əlidir. Dini-İslamidə tək qalmış idi peyğəmbər, Cəm edib birləri birlikdə edən yüz Əlidir. Gər Mühəmməd salıb iz göylərə merac eliyib, Ərseyi-cəngidə meydanə salan iz Əlidir. Ey Xudanı bu fəna gözlə gəzən dünyadə, Anla bir dəfə ki, Allahı görən göz Əlidir. Xaliqin xəlqə rəsul seçməsi çox vacib idi, Vacibi vacib edən xilqəti-möcüz Əlidir. Dedi haqqında Quran “ənfüsəna ənfüsəkum”, Allahın zatı təcəlla eliyən üz əlidir. Çatdı bu ayə Əli şəninə “əkmətlü ləkum”, Çünki hər ayəvü hər surəvü hər cüz Əlidir. Soltan, aram ilə diqqət elə hər kəlməyə ki, Şeyridə hər sözünü söz eliyən söz Əlidir. |
Kitabın adı: Mən Əli (ə) Şairiyəm
Müəllif: Axund Hacı Soltan
Müəllif: Axund Hacı Soltan