İki yanaşı ev

20 Şubat 2016
1 654
3
İki yanaşı ev
İki yanaşı ev

İki yanaşı ev; birində həmişə dava, digərində sakitçilik. Növbəti dəfə ər-arvadın davası zamanı arvad kişiyə deyir:
- Sən bu vaxta qədər qonşuların dava etdiyini, söyüş söydüklərini eşitmisən? Mən eşitməmişəm, get öyrən görək onlar necə yaşayırlar.
Kişi qonşunun pəncərəsinin altında gizlənib evi izləyir. Qonşu evdəkilər hərəsi öz ilə məşğul idi: arvad mətbəxtdə, kişi stolun arxasında nəsə yazır. Birdən telefon zəng çalır, kişi tez durur telefona tərəf qaçır. Bu zaman ayağı stola ilişir vazanı salır yerə. Kişi əyilib tez-tez qırıqları yığır, arvadı bu səsə mətbəxdən qaça-qaça gəlir və əyilib sınıqları yığmağa ərinə kömək edir. Ər arvadına deyir:
- Bağışla əzizim, telefonu götürmək üçün tələsdim, ayağım ilişdi, sındırdım.
- Yox əzizim, günahkar mənəm, mən onu düz qoymadım, sən də ilişdin.
Onlar sınıqları yığışdırdılar və hərə öz işinə qayıtdı. Kişi öz evinə gəlir, arvadı maraqlandı:
- Sakit evin sirrini öyrəndin?
- Hə öyrəndim, onlarda ailədə hər ikisi də günahkardır, amma bizdə isə həmişə hər ikimiz də haqlı oluruq.


FB Kitab
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. sevgi^_^
    Oxumamiwdim indi oxudum maraqli idi twkler
  2. SAVAS
    • SAVAS
    • 20 Şubat 2016 17:23
    gozeldi tesekur edirem yaxsidi
  3. allah bendesi
    bunu uzun zaman olar eşitnişdim..indi oxumagimda yaxşi oldu yaddaşimi yenilemiş oldum..ellerinize sagliq
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.