Qazanc haqqında hədislər

24 Şubat 2016
3 584
1
Qazanc haqqında hədislər
Qazanc haqqında hədislər

Qazanc haqqında hədislər

Qazanc haqqında hədislər


1586. Ən təmiz peşə.


Qazanc haqqında hədislər

5526. Allahın Peyğəmbəri (s): «Ən gözəl sənət elə tacirlikdir ki, söz danışanda yalan deməsinlər, onlara bir əmanət tapşırılanda xəyanət etməsinlər, vəd verdikdə vədlərinə xilaf çıxmasınlar, bir şeyi alanda onu pisləməsinlər, bir şeyi satanda onu tərifləyib təbliğ etməsinlər, borclu olduqda (öz borcunu almaq üçün) təzyiq göstərməsinlər.»(Kənzul-Ummal, hədis 9340, 9341 )
5527. Allahın Peyğəmbəri (s): «Müsəlmanın ən pak qazancı, Allah yolunda atdığı oxdur.»(Kənzul-Ummal, hədis 10516 )
1578. Əlinin zəhməti ilə qazanmağa təşviq.

5528. Davud (ə) (Bir pinəçiylə rastlaşdıqda): «Ey kişi! İşlə və ye. Çünki Allah işləyib çörək yeyəni sevər, yeyib işləməyni isə sevməz.»(Tənbihul-xəvatir, c. 1, səh. 42 )
5529. Allahın Peyğəmbəri (s): «Heç vaxt heç kim, əlinin zəhməti ilə olan yemək qədər ləzzətli heç nə yeməmişdir. Allahın Peyğəmbəri Davud öz əlinin zəhmətinin çörəyini yemişdir.»(Kənzul-Ummal, hədis 9223 )
5530. Allahın Peyğəmbəri (s): «Ən yaxşı qazanc, öz işində sədaqətli olan fəhlənin qazancıdır.»(Camiul-əhadis, səh. 76 )

5531. «Mən la yəhzəuhul fəqih» «İmam Əli (ə) günortanın qızğın vaxtında ehtiyacı olmasa da, işləmək üçün evdən bayıra çıxardı. Səbəbi bu idi ki, Allahın, onun halal ruzi qazanmaq üçün zəhmət çəkdiyini görməsini istəyirdi.»(Mən la yəhzuruhul-fəqih, c. 3, səh. 163, hədis 3596 )
5532. İmam Sadiq (ə): «Əmirəl-möminin öz əlinin zəhmətinin qazancı ilə min qulu alıb azad etmişdir.»(Təhzibul-əhkam, c. 6, səh. 326, hədis 895 )
5533. Fəzl ibn Əbiqürrə: «Bağda işləyərkən İmam Sadiqin (ə) yanına gəldim və dedim: «Allah bizi sizə fəda etsin. İcazə verin, biz sizin üçün işləyək və ya qulluqçular işləsin.» Həzrət buyurdu: «Yox, məni öz halıma buraxın. Çünki mənim öz əllərimlə işləyib zəhmətimlə halal ruzi qazanmağımı Allahın görməsini istəyirəm.»(Mən la yəhzuruhul-fəqih, c. 3, səh. 163, hədis 3595 )

Qazanc haqqında hədislər
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. allah bendesi
    coxx sag olun ALLAH Razi olsun
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.