İstanbul

28 Şubat 2016
1 960
0
İstanbul
İstanbul

İstanbul

Bugün sən və məndən yazacam. Və heç vaxt "biz" olmayacaq sən
və məndən.

4 ay bundan əvvəl bir oğlan yazmışdı mənə... Hansı vaxtki,
mən tamamilə dünyaya üz çevirmişdim. Tez-tez ürək getmələr, bütün günü işləmək.. Bunlar sadəcə özümü aldatma idi, bəlkə də yox olmağa
çalışmaq. Bir qız olara, Şəhzadənin gəlib çıxmasını gözləyər və o heç vaxt gəlməz.. Yox, o qız mən deyiləm. Sən gəlmişdin və necə doğma və əziz olduğunu izah etmək çətin idi mənə. Bəlkə də heç kimdə tapa bilməyəcəyim bu doğmalıq ömür boyu izləyəcəkdi məni.
Bir kitab oxuyuram, orda bir hissə var.
Yunan mifalogiyasına görə insanlar öz əks cinsi ilə birlikdə dünyaya gəlirmişlər və həyatları çox gözəl olurmuş. Bunu qısqanan yunan Allahı onları ayırır və böyük axtarış başlıyır.
Hamı öz yarının axtarışına çıxır... Mən səni gözləyən bir yar idim, gəlib həyatımı dəyişdin.
Hər şey nə qədər yalan olsada gözəl idi. Bir dəfə görüş, barmaq sayından az telefon danışıqları və 4 ayda kəsik-kəsik "Salam, necəsən" danışıqları..
Məsələn, bütün sevgililərin yaşadıqları anlar olur əl-ələ gəzmək, yağış altında islanmaq, kinoya getmək, baxışlar, qarşılıqlı gülmək, ağlamaq...
..
Bunları sənlə yaşamayacaq qədər uzağam
Xəyalların yadındadı? Yaponiya, mənim kitab evim, sənin kiçik kafen və
axşamları qarşı-qarşıya oturub, sənin hazırladığın qəhvəni içə-içə edəcəyimiz söhbətlər.... Və iki uşaq. Bir qız bir oğlan. Oğlan sənə bənzəyəcəkdi gözləri, qaşları, burnu, dodaqları... Eyni geyinib dünya ələmi qısqandırıb nəhayətində evə qayıdacaqdız balaca Atılla ilə... Bir sarışın qızımız olacaqdı gözləri sənə saçları mənə bənzəyən, yanaqları toppuş və öpməyə doyamayacağımız şirin qızımız, hansı ki, bütün qızlar kimi atasını sevəcək hətta anasını belə qısqanacaqdı.
Bunları oxuyanda nə hisslər keçirəcən bilmirəm amma mən vaz keçdim artıq səndən və bu xəyallardan. Bağışla məni, zəifliyimə görə, çarəsizliyimə görə..
Səni günahlandırmıram. Sadəcə bil, həyat məni hansı tərəfə
yönəltsədə içimdə bir İstanbul gəzdirəcəm, sevgilim..
İstanbulİstanbul

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.