Ən Geniş Yayılmış və Qeyri-adi Yuxular

15 Nisan 2016
3 620
1
Ən Geniş Yayılmış və Qeyri-adi Yuxular
Ən Geniş Yayılmış və Qeyri-adi Yuxular

Yuxular – ekspertlər, psixoloqlar, yuxunu öyrənənlər və doktorlar arasında böyük müzakirələr predmetidir. Psixoanalitik Ziqmund Freyd həmişə bildirirdi ki: “Yuxular ən qeyri-adi kimi görünəndə, tez-tez ən dərin olur”. Bu məcmuədə insanlara baş çəkən ən geniş yayılmış və qəribə yuxular toplanıb. Bunlardan ən çox hansını görmüsünüz? Şərhlər vasitəsilə fikirlərinizi bildirərsiniz...

1. Yuxuda uçmaq.

Ən Geniş Yayılmış və Qeyri-adi Yuxular

Yuxuda qanad ilə və ya qanadsız uçmaq, tez-tez bütünlüklə məmnunluq, azadlıq və hakimiyyət hissinə işarədir. Digər tərəfdən, uçan zaman qarşıya çıxan problemlər (elektrik ötürücü xətlər, ağaclar, dağlar, mexaniki qurğular, uçmazdan öncə qorxu çox yüksəkdir və s.) hədəfdən dönməmək üçün mübarizəyə işarədir. Bu, bir çox hallarda qarşınızda kiminsə dayanması və yaxud sizin növbəti addım və uğurdan qorxmanız deməkdir.

2. Erotik xarakterli yuxular.

Ən Geniş Yayılmış və Qeyri-adi Yuxular

Bizlərdən əksəriyyətimizə erotik xarakterli yuxular gəlib. Narahat olmayın, ağlınız başınızdan çıxmır. Bu yönümlü yuxular – bir çox hallarda fantaziyadır, lakin həm də sizin daxili aləminizin xarici aləm ilə qarışan hissələri üzərində təhtəlşüurunuzun işləməsi ola bilər. Bu cür yuxular, yeni münasibətlərə başlamazdan əvvəl sizin narahatlığınızı və ya qərarsızlığınızı (tərəddüdlük) göstərə bilər. Bu, sizin bəzi qadağalarınızı zəiflətməyiniz, emosional yükünüzü boşaltmaq, gələcəklə bağlı inamsızlığınızdan qurtulmaq üçün indikator rolunu oynaya bilər.

3. Yuxuda çılpaq gəzmək.

Ən Geniş Yayılmış və Qeyri-adi Yuxular

Əksəriyyətimiz ictimai yerdə çılpaq və ya alt paltarda: küçə ilə gedərkən, işləyərkən, avtobusda əyləşərkən, sadəcə olaraq gündəlik işlərimizi yerinə yetirərək və paltarsız olduğumuzu anlayaraq yuxuda olmuşuq. Bu yuxu, sizin yuxuda olarkən çılpaqlığınıza göstərdiyiniz reaksiyadan asılı olaraq tez-tez xeyli problemləri əks etdirir. Əgər siz ictimaiətdə çılpaqlığınızdan xəcalət çəkirsinizsə, onda ya özünüzdən, ya da başqalarından nəyisə gizlədirsiniz, qəbul olunmağınızı istəyirsiniz və ya siz, qorxu oyadan yeni mühitdəsiniz. Məktəb vaxtı çılpaq olmaq sizin təhlükə, hazırlıqsızlıq hiss etməyiniz, qərar qəbul etmək üçün hazır olmamağınız deməkdir. Yuxuda lüt olmaq və buna fikir verməmək, çox zaman azadlıq, doğruluq və səmimiliyi təmsil edir.

4. Yuxuda yıxılmaq.

Ən Geniş Yayılmış və Qeyri-adi Yuxular

Yıxılmaqla bağlı olan yuxular – hər bir insanın ömründə heç olmazsa bir dəfə keçirdiyi dəhşətli haldır. Yıxılan arzular çox zaman dayanıqsızlığı, etibarsızlığı, narahatçılığı, natamamlığı və/və ya sizin həyatınızdakı vəziyyətin nəzarətdən kənarda qaldığı hissi göstərir. Ziqmund Freyd fərz edirdi ki, yıxılan arzular, şəxsin öz-özlüyündə dissonans (pozğunluq, ixtilaf) keçirməsidir. “İncil”ə görə yuxuda yıxılmaq, Allahdan imtinanı əks etdirir.

5. Yuxuda imtahan.


Ən Geniş Yayılmış və Qeyri-adi Yuxular

Yuxuda imtahan və ya yoxlama işi, həmçinin narahatçılıq hissinə, sizin yuxusuz həyatınızda o qədər də uğurlu olmayan təcrübədən qorxu hissinə işarədir. Bu cür yuxuların əksər halları – yuxuda hərəkətlərdən asılı olaraq əminliyin (qətilik) çatışmazlığıdır.

6. Yuxuda təqib edilmə.

Ən Geniş Yayılmış və Qeyri-adi Yuxular

Təqibə aid yuxular çox zaman fiziki təhdid öncəsi narahatçılıqdan, qorxudan və ya sizin ayıq qalan həyatınızdakı gərgin hallardan irəli gəlir. Siz tərəfdən cavab olaraq göstərdiyiniz tədbirlər, real həyatınızdakı çətinliklərə verdiyiniz cavaba paraleldir. Təqib yuxuları, bizi hədələyən tez-tez qəzəb, qısqanclıq (həsəd, paxıllıq), qorxu və ya məhəbbət hissimizi əks etdirir. Əgər siz yuxuda nəyisə təqib edirsinizsə, bu sizin öz hədəflərinizə çatmamaq ehtimalının ola bilməsini göstərir. Əgər siz təqibdən sonra hücuma məruz qalırsınızsa, bu, zorakılıq öncəsi fiziki cəhətdən zəif yerlərə və qorxuya işarə ola bilər.

7. Avto və yaxud avia qəzalar.


Ən Geniş Yayılmış və Qeyri-adi Yuxular

Qəzalar və bədbəxt hadisələr çox zaman seçilmiş istiqamətə dair emosional vəziyyəti, narahatçılığı və qorxunu göstərir. Biz bunu tez-tez yuxularda gördükdə bizim daxili müdrikliyimiz sürəti azaltmaq, indiki yolumuzu yenidən düşünmək üçün xəbərdarlıq edir ki, bu yolla gedib-getməyəcəyimizi müəyyən edək.

8. Yuxuda ölmək (özünün və ya başqasının).

Ən Geniş Yayılmış və Qeyri-adi Yuxular

Əgər yuxuda ölüm gördünüzsə, bu çox zaman dəyişikliklərə işarədir və heç də sizin ölümünüz barədə qabaqcadan verilən xəbər rolunu oynamır. Ölüm haqqında olan yuxular vəfat edən şəxsin tez-tez yeni nəyəsə keçdiyi, indiki vəziyyətini dəyişmək üçün lazım olan bolluca qabiliyyət və ya xüsusiyyət çatışmazlığını yaşaması mənasını verir. Ölüm haqqında olan yuxular həmçinin, sizin real həyatınızdakı məsuliyyətdən və tələblərdən qaçmaq istəyinizi və yaxud yeni başlanğıca ehtiyac duyduğunuzu göstərə bilər.

9. Yuxuda tələyə düşmüsünüz.

Ən Geniş Yayılmış və Qeyri-adi Yuxular

Əgər yuxuda itmisinizsə və ya tələyə düşmüsünüzsə, bu sizin karyeranızda, şəxsi münasibətlərinizdə və ya səhhətinizdə tez-tez səbirlilik, məhdudiyyətlik və tamamlanma hissinə işarədir. Bu yuxu – keçmişi unutmaq və sizin yüksəlişinizə mane olanı müəyyən etmək üçün yaxşı indikatordur. Yuxuda tələ, çox zaman zərərdən, qorxudan, qərarsızlıqdan və/və ya keçmişinizin həll edilməyən məsələlərindən irəli gəlir.

10. Yuxuda qıfıl sındırmaq və yaxud qarət.


Ən Geniş Yayılmış və Qeyri-adi Yuxular

Əgər yuxuda evinizə soxulurlarsa və ya qarət edilirsinizsə, onda bu sizin acizlik hissinizə, sahənizin pozulması və sahənizə zorla girmə hissinə işarədir. Bu yuxu çox zaman travma almış həyat təcrübəsindən, həyatda güclü dəyişiklərdən və ya münasibətlərdə olan problemlərdən sonra yaranır. Oğurluqlar barədə yuxular – çox zaman bədənin yavaşımasını istəməsi, özün üçün uyğunlaşmanı izn verməsi və öz emosiyalarına qalib gəlməsidir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. allah bendesi
    digerleri yox ama 7ve8 tez tezde olmasa gorduyum yuxulardir 8 de oz olumumu az halda ama bashqalarini gorurem:(cox teshekkur xeber ucun ellerinize sagliq
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.