Böyük müharibələrin kiçik səbəbləri - MARAQLI

30 Nisan 2016
1 459
1
Böyük müharibələrin kiçik səbəbləri - MARAQLI
Böyük müharibələrin kiçik səbəbləri - MARAQLI

Bəşəriyyət mövcud olduğu dövrdən bir çox müharibə və münaqişələrlə üzləşib. Deyilənə görə, dünyada təqribən 6 minə yaxın müharibə olub. Onların səbəbləri müxtəlifdir: ciddi, qeyri-ciddi, gülməli, məntiqsiz və s. Ancaq hamısının bir ortaq cəhəti var - insanlar həlak olublar.

FeaT.Az. saytı, ən qeyri-ciddi səbəblərdən alovlanan müharibələri sizə təqdim edir.

Troya-Yunanıstan müharibəsi.

Müharibə Parisin gözəlçə Yelenanı qaçıraraq Spartadan Troyaya aparmasından başlayıb. Bu düşünülməmiş hərəkətin nəticəsində Yelenanın bütün keçmiş sevgililəri Troya üzərinə müharibə ilə gediblər. Troya müharibəsində hər iki tərəf ölənə qədər vuruşub. Bu cür qarşıdurmada tərəflərin hər biri itkilərlə üzləşib.

"Şaftalı" müharibəsi.


Bir zamanlar ingilislər Manhettendə yerli hindularla qonşuluqda qarşılıqlı sülh şəraitində yaşayırdılar. Lakin bir gün yüksəkvəzifəli məmurlardan biri bu cür yaşamaqdan bezib və bu qonşuluqdan canını qurtarmaq üçün yol tapıb. Guya, o, bağından şaftalı oğurlayan hindu qızı tutub. Final isə çox faciəvi olub. Belə ki, hinduların hamısı bir-bir öldürülüb.

Vikinqlərin 4 illik müharibəsi.


Bu, iki qohum vikinq tayfaları arasında 4 illik müharibə idi. Toqquşmaların səbəbi isə ucuz inci gəlin boyunbağının oğurlanması idi.

"Xroniki" ispan-fransız müharibələri.


Bu müharibələrdən ən azı dörd dəfə olub. Onları mütəmadi olaraq qadınlara görə baş verdiyi üçün "xroniki" adlandırılırdı. Krallar növbə ilə başqalarının sevgililərini ələ keçirdikləri üçün qanlı düşmənliklər başlayırdı.

Portuqallara qarşı 4 illik qarşıdurma.

4 il boyunca britaniyalı və ispanlar portuqallarla mübarizə aparıblar. Buna səbəb isə qalası olan balaca ada olub. İngilislər onu müdafiə ediblər, ancaq portuqallar onun real ölçülərindən bixəbər idilər. Əslində o, bir qala ərazisi boyda idi, sadəcə xəritənin miqyası düzgün verilməmişdi. Düz 4 il ərzində bir qarış torpaq uğrunda qanlar tökülüb.

İki yüksəkvəzifəli məmur arasında Braziliya müharibəsi.


Onlar 3,% il dörd qutu qaçaq Kuba siqarları uğrunda müharibə ediblər.

Saqqala görə ən qanlı müharibə.


Bu, Çində orta əsrdə 3 il boyunca davam edən və 15 min əsgər və zzabitin ölümünə səbəb olan ən qanlı müharibə idi. Bu münaqişənin başlanmasına səbəb çinli aristokratın düşünülməmiş hərəkəti olub. O, digər aristokratla o qədər mübahisə edib ki, onu saqqalından dartdığının fərqinə varmayıb. Bu isə Çində ən böyük təhqir hesab edilir.

İki afrika qəbiləsinin məhvinə gətirib çıxarmış inək müharibəsi.


Müharibə 1834-cü ildə başlaylb və iki il davam edib. Qırğınların səbəbi hələ də bəlli olmasa da, bəzi mənbələrə görə, tayfa başçılarından biri digəri ilə inəyə görə mübahisə edib. Qarşı tərəf inəyin oğurlandığını iddia edirmiş. Hər iki tayfa sonra məhv olub.

500 illik "tısbağa" müharibəsi.


Deyirlər ki, bu müharibə assur çarlarından birinin xarici qonağı sərxoş çariçanın əlindən düşən naxışlı bağa darağı qaldırmağı özünə əksik bildiyi üçün münaqişə başlayıb.

150 min yaponun öldüyü 250 illik müharibə.

Müharibəni alovlandıran səbəb danışıqlar zamanı etiket qaydalarına əməl edilməmədir. Bildirilir ki, səfirlər syoquna hədiyyə gətirərkən lazımi yerdə dayanmayıblar və lazımi anda ayağa qalxmayıblar. Samuray və digər saray nümayəndələri amansız müharibəyə başlayıblar.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. allah bendesi
    ncnc bosh bosh sheylere gore agilsizcasina nece qiriblare bir birini...teshekkurler maraqli oldu oxumasi"))
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.