İmzaya Görə Xarakterinizin Təhlili

23 Nisan 2016
7 156
1
İmzaya Görə Xarakterinizin Təhlili
İmzaya Görə Xarakterinizin Təhlili

Qrafologiya (yazı elmi) Avropa və Amerikada tez-tez müraciət edilən elm sahəsidir. Kəşfiyyat təşkilatları hadisələri aydınlaşdırmaq, böyük şirkətlər işçi qəbulunda məqsədəuyğun qərar vermək, müəllimlər şagirdlərini (tələbələrini) daha yaxşı tanıya bilmək üçün imza və yazıdan xarakter təhlili etməyə tez- tez müraciət edirlər.

İmzadan xarakter oxuma elminin təməlləri:
- İmza uzun olarsa, həmin adam səbrlidir.
- İmza qısadırsa məntiqindən yaxşı istifadə edir.
- İmza iti xəttlərə ehtiva edirsə, iti fikirli, zarafatcıl, iti məntiqli və dilini qılınc kimi istifadə edən, dilindən bəlaya düşəcək insandır.
- İmza düzgündürsə, insan düzgün xarakterli, etibarlı, dürüst əxlaqlı, uyğunlaşandır.
- İmzada yuvarlaqlıq vardırsa, o adamda lider olma xüsusiyyəti vardır.
- İmzada üç nöqtə vardırsa, düzgün nişançı, ovçuluq bacarıqlı və hazırcavabdır.
- İmzada geriyə çevirmələr vardırsa, hafizəsi qüvvətli insandır.
- İmzada bədii cizgilər vardırsa, incəsənətə daha yaxın insandır.
- İmza qısa və ötəridirsə, insan heç nəyə əhəmiyyət vermir.
- İmzanın əvvəli böyük hərflə və gözəgəlimli başlayırsa, özünə güvənən, əvvəldə özünü yaxşı, cəlbedici tanıdandır.
- İmzanın əvvəli, ortası və sonu böyükdürsə, əvvəldə, ortada və sonda özünü gözəl təqdim edən və yaxşı iş təqibi olan biridir.
- İmzanın sonu böyük hərflə bitirsə, başladığı işləri demək ki, yaxşı bitirir.
- İmzanın baş hərfindən sonra gələn qismi incədirsə, incə xarakterli və həssas, qalındırsa, əksinə həmin insan kobuddur.
- İmzanın sonunda irəli və ya yuxarı doğru gedən bir xətt vardırsa, həmin insanın hədəfi böyükdür. Aşağıya doğru xətt vardırsa, özünə qapalı, bədbindir.
- İmza sağa əyilibsə, insan sosial, diplomat; geriyə əyilibsə, anti-sosialdir.
- İmzada 3-4 fərqli xarakter vardırsa, teatra uyğun insandır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. allah bendesi
    bilirdim bu haqqda..bele sheylere onem verrmirem duz cixani oldu ama ehemiyyet kesb etmir..cox sag olun paylashim ucun
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.