Dərhal imtina etməli olduğunuz, Beyninizə Zərər verən 10 Vərdiş

26 Nisan 2016
1 583
1
Dərhal imtina etməli olduğunuz, Beyninizə Zərər verən 10 Vərdiş
Dərhal imtina etməli olduğunuz, Beyninizə Zərər verən 10 Vərdiş

Şübhə yoxdur ki, beyniniz bədəninizdə ən önəmli orqanlardandır. Beyin – sadəcə bədəninizin ən böyük orqanı deyil. Bu, gündəlik həyatınızda həyata keçirdiyiniz hər şeyin, bir növ, “nəzarət mərkəzidir”. O, müxtəlif cür informasiya ilə doludur və üzərinə böyük məsuliyyət düşür.

Bütün bunlarla yanaşı, beyniniz çox həssas və incədir. Yaxınlarda, Dünya Sağlamlıq Təşkilatı, müasir zamanda insanlar arasında daha çox yayılmış və beyinə dağıdıcı təsir göstərən, 10 vərdişdən ibarət siyahı hazırlamışdır.

Bütün bu vərdişləri məqaləmizdə sizə çatdırırıq. Bu vərdişlərə baxın və özünüzə sual verin, onlardan istifadə etməklə, beyninizə zülm etmirsinizmi?

1) Səhər yeməyindən imtina etmək
Hansı birimiz səhər yeməyinin gün ərzində ən önəmli yemək olduğunu eşitməmişik? Biz səhər yeməyinə nə yeyilməsi, onun necə yeyilməsi və ya onun kimlərlə yeyilməsi barədə mübahisə etsək də, hər kəsin dəqiq bildiyi bir məsələ var – səhər yeməyindən ümumiyyətlə imtina edən şəxsin qanında şəkərin səviyyəsi olduqca aşağı olur. Sözsüz ki yatdığımız zaman, heç bir şey yeyə bilmirik, və oyandıqdan sonra siz birdə səhər yeməyindən imtina etsəniz, bu ona gətirib çıxaracaq ki, səhər-səhər beyniniz kifayət qədər qidalandırıcı maddə qəbul edə bilməyəcək. Və siz bunu tez-tez təkrarlasanız, bu beyin hüceyrələrinin bir hissəsinin məhv olmasına gətirib çıxara bilər.

2) Həddindən artıq qida qəbul etmək

Bəli, bəli. Məgər buna görə utandığınız sizə kifayət etmir? Xəbəriniz olsun ki, bu zərərli vərdiş sadəcə artıq çəki və özünüzə inamın azalması ilə deyil, həmçinin beynin qan dövranı sisteminin daşlaşması ilə nəticələnir, bu isə, öz növbəsində, əqli qabiliyyətin aşağı düşməsinə gətirib çıxara bilər. Bir sözlə, nə etməli olduğunuzu artıq bilirsiniz…

3) Siqaret çəkmək
Siqaret çəkərək orqanizmimizə nə qədər böyük zərər verdiyimizi hər birimiz bilirik. Lakin bunun ən qorxunc təsirlərindən biri ondan ibarətdir ki, siqaret çəkmək beyin həcminin azalmasına, onun bir növ “qurumasına” səbəb olur. Bundan əlavə, siqaret çəkmək – Altsgeymer xəstəliyində və qocalıq kəmağıllığına gətirib çıxaran xəstəliklərdə “şübhəli bilinən” səbəblərdən biridir.

4) Həddindən artıq şəkər qəbul etmək
Diyetoloqlarla ünsiyyətdə olmusunuzsa, yəqin artıq onun həddindən artıq qəbulunun nə qədər təhlükəli olduğu və günümüzdə onun HƏR YERDƏ olduğu barədə bilirsiniz. Buna görə də, şəkərdən minimum dərəcədə az istifadə etsəniz, və ya ondan ümumiyyətlə imtina etsəniz, bu sizə təsəvvür edə bilməyəcəyiniz dərəcədə fayda verəcək. Biz sizi hələ də inandıra bilmədiksə, xəbəriniz olsun – alimlər sübut etmişdirlər ki, orqanizmdə şəkərin yüksək səviyyəsi onun zülal və digər qidalandırıcı maddələri qəbul etməsi qabiliyyətini pozur, bu isə orqanizmdə disbalansa səbəb olur və beynin fəaliyyətinə təsir göstərir. Siz çoxlu miqdarda şəkər yediyiniz zaman, özünüz də bilmədən, özünüzü ac qoyursunuz.

5) Çirkləndirilmiş havanın təsiri
Hər yerdə respiratorla gəzmək istəyiniz yoxdursa, bu ən çətin qurtula biləcəyiniz bir “vərdişdir”. Düzgün fəaliyyət göstərə bilməsi üçün, beyninizin böyük həcmdə oksigenə ehtiyacı var (hesab edirik ki, bunu sübut etməyə ehtiyac yoxdur, ən azı, insan oksigen olmadan nə qədər sürətli huşunu itirdiyini və öldüyünü düşünün). Çirkləndirilmiş hava ilə nəfəs aldığımız zaman, biz bununla nəfəsimizlə beyinə gedən oksigenin həcmini azaldırıq, bu isə heç cür beynimizə müsbət təsir göstərmir.

6) Yuxusuz qalmaq
Uzun müddət ərzində yuxusuz qalmaq beyin hüceyrələrinin məhv olmasını sürətləndirə bilər. Onlar isə bizə çox lazımdır – və biz əlimizdən gələni etmək istərdik ki, onlar bizimlə olduqca uzun müddət ərzində qalsınlar! Yuxu beynimizə, bəzən streslə aşıb-daşan gündəlik həyatdan sonra, istirahət etmək və bərpa olmaq fürsəti verir. Özünüz üçün daha çox boş vaxt əldə etmək istəyirsinizsə, bunu yuxu hesabına etməyin. Normal yuxu rejimi üstünlüyünüz olsun!

7) Yorğan altında yatmaq
Bəli, bu bənddən özümüz də şokdayıq. Lakin unutmayın – əgər başınızı yorğana büküb yatmağa öyrəşmisinizsə, 5-ci bəndlə bir yerdə beyninizə gedən oksigenin həcmini daha da azaldırsınız. Və pis olanı odur ki, böyük ehtimalla, yatdığınız zaman, siz havanızın çatışmadığını hiss etməyəcəksiniz. Bundan əlavə, bu vərdiş ağciyərlərinizə gedən karbon qazının həcmini çoxaldır. Buna görə, özününzə zülm etməyin – yatanda, üzününzü açıq saxlayın.

8) Xəstəlik zamanı, gərgin əqli fəaliyyət
Biz çox aktiv və sürətli cəmiyyətdə yaşayırıq və bəzən biz müxtəlif üsullarla uğur qazanmaq üçün o qədər səy göstəririk ki, biraz dayanıb, özümüzü pis hiss etsək də, istirahət etməkdən belə imtina edirik. Problem isə ondadır ki, özümüzü pis hiss etməyimiz – orqanzimimizin bizə bir qədər dayanmağımızı və istirahət etməyimizi deməsidir. Hətta bəlkə də həyat tərzimizi dəyişməyimizi xahiş etməsidir. Həmçinin bu hiss bizə beynimizin istirahətə ehtiyacı olduğunu xatırladır. Özünüzü qırılmış və xəstə hiss edirsinizsə, bu halda iş görməyə və ya oxumağa cəhd göstərməyiniz az effekt verir və beyninizə zərər verə bilər.

9) Stimullaşdırıcı düşüncələrin olmaması
Qısa olaraq, hər hansı stimullaşdırıcı və orijinal düşüncələr olmasa, beynimiz yığılır. Təsəvvür edə bilirsiniz? Düşüncəmiz – çox güclü silahımızdır və bütün həyatımız boyu, düşüncələrimiz beynimizdə yeni yollar və əlaqələr əmələ gətirir. Beynimizə xas neyroplastiklik bizə zəmanət verir ki, biz heç bir zaman hal-hazırda olduğumuz kimi qala bilməyəcəyik – biz, neyronlar arasında yeni əlaqələr əmələ gətirərək və beynimizi inkişaf etdirərək, təkmilləşirik, ya da, beynimizin, ona yenilikləri öyrənmək məhdudiyyətləri qoyaraq, qurumasına imkan veririk. Qəribədir, lakin faktdır!

10) Susqunluq
Bu bənd, yəqin ki, artıq bilirsiniz – əvəlki bəndlə sıx əlaqədədir. Maraqlı və intellektual söhbətlərdə iştirak beyninizə elastikliyini qoruyub saxlamağa və həyatımız boyu inkişaf etməyə imkan verir.

Artıq bildiyiniz kimi, beyin – Allahın bizə bəxş etdiyi gözəl bir nemətdir. Bu məqaləyə, burada göstərilmiş faktlara biganə yanaşmayın və beyninizin sağlamlığını qorumağa çalışın. Bun etsəniz, əmin olun, peşman olmayacaqsınız!

tərcümə: gencmuslim.net
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. allah bendesi
    shekerden imtina etmek cetin meseledir hec vaxt ede bilmerem..:(((seher yemeyi vacibdir ama yemek olmur mecburda ede bilmir insan ozunu:((cox teshekkur ellerinize sagliq
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.