İntuisiyamıza etibar etmək üçün sübut olunmuş 3 səbəb

22 Mayıs 2016
2 144
2
İntuisiyamıza etibar etmək üçün sübut olunmuş 3 səbəb
Yəqin ki, hamıya bu hiss tanışdır: qərar verdiyimiz zaman heç bir tutarlı səbəb olmadığı halda, düz və ya səhv qərar vermiş olduğumuza dair əminlik hissi yaranır. Həmin hissə intuisiya deyirlər. Psixoloq Suzanna Halonen hesab edir ki, çox vaxt bu hissə güvənməyə dəyər.

Feat.Az pahoo.az-a istinadən Suzanna’nın bu barədə yazdıqları və verdiyi tövsiyələri sizə təqdim edir.

İntuisiyamıza etibar etmək üçün sübut olunmuş 3 səbəb

“Yarım il əvvəl mən həyatımın ən böyük səhvini etmək üzrə idim – səhv insanla evlənəcəkdim. Restoran bron olunmuş, dəvətnamələr artıq qonaqlara paylanmışdı. Hər şey hazır idi, bircə mənim özümdən başqa. Qəfildən heç bir xüsusi səbəb olmadan, hiss etməyə başladım ki, toyu təxirə salmaq istəyirəm. Qohumlara və bəyə bu qərarı izah etmək çox çətin idi, amma elə ki bunu etdim, üstümdən sanki böyük bir yük qalxdı. Özümü rahat hiss etməyə başladım, hətta ətrafdakılar da görürdü ki, indi daha xoşbəxtəm və belə demək mümkündürsə, işıq saçıram.

Belə çətin bir qərarı verərkən, necə bu qədər əmin ola bilərdim? Psixoloqlar təsdiq edir ki, qərar verərkən, bu prosesdə şüuraltımız bizim düşündüyümüzdən daha böyük rol oynayır. Hətta biz düşünəndə ki, bu qərar yalnız məntiqə əsaslanır, beynimiz bəzi informasiyaları şüuraltımızdan çəkib çıxartmış olur.”

İntuisiyamıza etibar etmək üçün sübut olunmuş 3 səbəb

Beləliklə, intuisiyanıza güvənmək üçün 3 səbəb:

1. İntuisiya sizin əvvəlki təcrübələrinizə, toplanmış biliklərinizə əsaslanır.

Qərar verəcəyiniz sahədə nə qədər təcrübəyə sahibsinizsə, intuisiyanız bir o qədər dəqiq cavab verəcək. Ətrafdakılarla məsləhətləşmək də xeyirli ola bilər, lakin onlar hər zaman sizin üçün ən yaxşısını bilə bilməzlər. Bütün məsləhətləri dinləyin, sonda isə qəlbinizə güvənin. Sizə həyati təcrübə qatmış situasiyalar başınıza çox gəlmişdirsə, düzgün qərar vermək üçün kifayət qədər biliyiniz yaranmışdır.

İntuisiyamıza etibar etmək üçün sübut olunmuş 3 səbəb

2. İntuisiya beyin ilə ayrılmaz şəkildə bağlıdır.

Məhz buna görə, intuisiyaya arxalanmaq daha yaxşıdır, nəinki özgə məsləhətlərinə. İntuisiya bizim bədənimiz, intellektimiz, ruhumuz, eyni zamanda bunların keçmişə reaksiyası ilə sıx əlaqəlidir. Əgər siz düzgün qərar vermək məcburiyyətində qalmısınızsa, həyəcan və narahatlıq hiss etməyə başlayacaqsınız və səhv seçim etmiş olsanız, qorxu və gücsüzlük kimi hisslərə qapılacaqsınız.

İntuisiyamıza etibar etmək üçün sübut olunmuş 3 səbəb

3. İntuisiya bədənin bütün sinir hüceyrələri ilə əlaqəlidir.


Hamının bildiyi “qarında kəpənək uçuşmaq” hissi milyon ədəd hüceyrənin gördüyü işin nəticəsidir. Beyin şüuraltı vasitəsilə onlara siqnal ötürür və siz narahatlıqla qarışıq bir həyəcan hiss edirsiniz. Təkcə zehnə əsasən deyil, bütünlüklə bədən ilə verilmiş qərardan daha yaxşı nə ola bilər ki?

İntuisiyamıza etibar etmək üçün sübut olunmuş 3 səbəb

Sonda əlavə etmək istəyirəm ki, intuisiyanıza nə qədər güvənsəniz, o, bir o qədər güclü və dəqiq olar. Özünüzə vaxt ayırmağa və gündəlik tələskənlikləri kənara qoyub istirahət etməyə çalışın. TələskənliKdən uzaqlaşdıqda qəlbinizi dinləməyi bacaracaqsınız.”
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Tunu
    • Tunu
    • 30 Haziran 2016 10:33
    Salam. Size cox tesekkurumu bildirirem. Deyerli melumat ucun. Duzdur kissing_heart
  2. Ziyaretçi xanim
    İntusiya mende güclüdür
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.