★ Çıx artıq ! ★

20 Ağustos 2014
1 894
0
★ Çıx artıq ! ★
★ Çıx artıq ! ★


★ Çıx artıq ! ★Hislərimin içində itkin düşmüşəm.Mən özümü tapdıqca siz yenə itirirsiz məni.İtirə-itirə gedirik.Sonda isə özümüzü itririk.Görəsən anlayarmı məni dinləyənlər ? Yox ,çətin. Eqoistəm.Mən özümdən başqa heç kimi sevmirəm.Özümdən başqa heç kimə dəyər vermirəm.Ona görə də təkəm.Bu sizin olduğunuz tənhalıq deyil...Mənim tənhalığım tamam başqa tənhalıqdı.Batan gəmi kapitanı kimiyəm.Gəmiylə birlikdə batmalıyam.Nə gözləyənim var, nə də gözlədiyim.Niyə belə oldu ? Hər insan həyatda səhv edir,amma mən səhvlər etdim.Həm də böyük səhvlər.Bağışlanmayacaq səhvlər.İndidə bu səhvlər xərçəng kimi bütün bədənimə yayılır.Ruhum narahatdı.Bircə çıxsa bədənimdən rahat olacaq...Qışqırıram..Səsim batana qədər, damarlarım partlayana qədər qışqırıram.Heç kim eşitmir məni.Eşidənlər budaqdan uçan sərçələrdi.Üsyanımın səbəbini bilmirəm, amma içimdən üsyan etmək gəldi.İlk dəfədi istədiyim bir şeyi etdim.Doyunca qışqırdım.Qan qusana qədər qışqırdım.Bəli mən, istədiyimi etdim...Amma yenə də ruhum rahatlıq tapmadı...Başqa bir şey olmalıdı, amma nə ? Ətrafıma baxıb axtarıram və yenə də qışqırıram.Sanki ruhum bədənimdən çıxmaq üçün əzab verir.Ürəyimi artıq hiss etmirəm.O qədər sürətlə döyünürki dayansam susacaq o da.Tanrı, haradı bura ?! Hardayam mən ?! 4 tərəfim divarlarla hörülüb.Çıxmalıyam mən burdan.Eşidin məni !!! Qışqırıram...Amma bir Allahın qulu da cavab vermir...Bədənim tab gətirmir artıq bu əzaba.Niyə tanrı ? Niyə mənə belə əzab verirsən ?Alırsan al ruhumu, amma belə əzab vermə.Özümü divarlara çırpmağa başlayıram.Qışqıraraq çırpıram..Çıxard,çıxard bədənimdən.Bütün bədənim qan içində,amma mən yenə də rahatlaşmıram.Taqətdən düşüb yorularam deyirəm,amma nədənsə heç yorulmuram...Bir gün belə əzabnan çıxaxaqdınsa niyə məni seçdin ?★ Çıx artıq ! ★

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.