Ürəyin ikinci tərəfi....

21 Kasım 2014
1 380
0
Ürəyin ikinci tərəfi....
Ürəyin ikinci tərəfi....


Necə başlayacağımı bilmirəm..hər zamanki kimi. .başlamaq çətindir yenə..hər gecə başını yastığına qoyarkən məni düşünüb ağladığın üçün, mən başqa biri ilə xoşbəxt yaşayarkən, mənim üçün gecələr yuxusuz qaldığın üçün..sevgilimlə yaranan ən kiçik davamızda ürəyində "biz"im üçün yaranan o kiçik ümidlər üçün..getdiyin hər yerdə..qarşına çıxan hər insanda məni axtardığın üçün..bir gün nə olur olsun mütləq yanında olacağıma inandığın üçün üzr istəyirəm.. bəraət qazandırmaz bu üzrüm heçnəyə..bilirəm..bəraət qazandırmaz təsadüfən adımı hardasa eşidəndə qəlbində yaranan o həyəcana.. bəraət qazandırmaz küçədə gəzərkən yanından keçən birinin səsini mənim səsimə oxşadarkən yanağından axan o göz yaşına..bilirəm, unutdurmaz bu üzrüm heçnəyi..unutdurmaz mənə görə başqalarına etdiyin haqsızlıqları..unutdurmaz məni yaddan çıxarmaq üçün başqa birinin ürəyini istəmədən qırmağını..özünü özünə nifrət etdirdim mən, bilirəm..başqa birini qucaqlayarkən onda mənim qoxumu axtardığını..hər səhər oyananda ilk məni xatırladığını..üzümü yuxuda gördüyün səhər bunun sadəcə bir yuxu olduğunu dərk edib ağladığını..bağışla məni..əslində biz ən çox bir birimizə bənzəyirik..sən mənim üçün üzülürsən..mən bir başqası üçün..bəlkə darıxdığımız tərəflər eyni deyil..düzdü..amma bizi ən yaxşı elə biz başa düşürük.

Ürəyin ikinci tərəfi....

..Səni incitdiyimi bilirəm..bəlkə haqsızlıq da etdim müəyyən qədər..uzaqlaşdın çünki..bəhanələr,səbəblər..bir başqası..sonra mən öz həyatıma davam etdim..bir çox axmaqlıqlar..səhvlər..düşüncəsizlik..davam etməyə çalışırdım bir şəkildə..bunun üçün məni qınamağa haqqın yoxdu,bunu ikimiz də bilirik..amma bir şeydən əminəm..məni hələ də sevirsən..sən məni həmişə ürəyinin ən gizlin yerlərində saxlamısan..hamıdan gizləmisən..bir başqasının adımı çəkməsinə belə dayana bilmirdin..birinin məni görməsi,adımın bir yerdə təsadüfən çəkilməsi belə səni dəli etməyə bəs edirdi..indi hər yerdə açıq aşkar yazdığın o adların həqiqi olmadığı o qədər açıqdır ki..ən gözəl imkansızlığım..olsun..təki sev..bu məni sevindirməz,yalan deyə bilmərəm..amma üzünün gülməsini həmişə istəyərəm..bunu məndən yaxşı bilirsən..sevirəm..və çox darıxıram..
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.