Panik atak keçirən insanlara 10 müsbət xatırlatma

13 Haziran 2016
1 439
0
Panik atak keçirən insanlara 10 müsbət xatırlatma
1.Özünüzü, sanki öləcəkmiş, iflic olacaqmış, beyin qanaması keçirəcəkmiş, özünüzdən gedəcəkmiş, dəli olacaqmış və ya idarənizi itirib idarəniz altında olmayan şeylər edəcəkmiş kimi hiss edə bilərsiniz. Bunların heç biri qətiyyən gerçəkləşməyəcək və buna görə də heç biri önəmli deyil. Bu duyğular, bədəninizin stresə qarşı vermiş olduğu şişirdilmiş reaksiyalardan başqa bir şey deyil.

2. Bu duyğularınızın olması o demək deyil ki, bədəninizdə bir xəstəlik var. Bu duyğular sizi sıxa bilər, xoşbəxtliyinizə maneə ola bilər, lakin qətiyyən təhlükəli deyil. Əsla daha pis olmayacaqdır.

3. Bədəninizin bu duyğuları yaşamasına icazə verin. Panik atakınız yüksək həddinə çatdığı zaman, burnunuzdan dərin bir nəfəs alın və ardınca yavaşca verin. Bu üsulu təkrarlayın. Panik atak əsnasında ortaya çıxan fiziki duyğularınızla mübarizə aparmayın. Bunu qəbul edin.

4. Bu duyğulardan qaçmayaraq mümkün olduğu qədər rahat olun. Avtomobilinizə əyləşib qorxu içində uzaqlaşmayın.

5. Bir tərəfdən yaşamaqda olduğunuz fiziki duyğularınıza; sizə nə olduğu və bütün bu baş verənlərin hara qədər gedib çıxacağı ilə əlaqədar, qorxunuzu daha da artırmaqdan başqa heç bir işə yaramayan fikirlərinizi qatmayın. Panik atak yaşadığınız üçün özünüzə yazığınız gəlməsin. Olacaqları qəbul edin.

6. Bədəninizə həqiqətən nə olduğunu düşünün. İçinizdən, öz-özünüzə, “ölməyəcəm”, boğulmayacam”, “özümdən getməyəcəm”, “dəli olmayacam”, “idarəmi itirməyəcəm” deyə təkrarlayın.

7. Qorxunuzun keçməsi üçün özünüzə kifayət qədər zaman verin. Qətiyyən qaçmayın. Panik atak yaşayan digər insanlar bu gücü özlərində tapmışdılar. Bunu siz də bacaracaqsınız. Panika əsnasında olan fiziki duyğularınıza, qorxunuzu daha da artıran fikirləri əlavə etməməyi bacarsanız, qorxunuz öz-özündən sonlanacaqdır.

8. Yeni bir panik atakanı, onun öhdəsindən gələ bilmək üçün daha öncə öyrəndiyiniz metodları tətbiq edəcəyiniz bir fürsət olaraq dəyərləndirin. Qısa bir müddət sonra panikanız sakitləşəcəkdir. Siz də ” bacardım…” deyə biləcəksiniz. “Bacardım…” deyə bilirsinizsə, qorxunuzun öhdəsindən gəlməkdə xeyli yol qət etmisiniz deməkdir.

9. Diqqətinizi, yaşadığınız fiziki duyğulardan uzaqlaşdırın. Ətrafınıza baxın. Bir mahnı zümzümə edin. Yuxarıdakı cümlələri təkrarlayın.

10. Panika sona çatdığı zaman, bədəninizi gərin, dərin bir nəfəs alın və gününüzə qaldığı yerdən davam edin. UNUTMAYIN! Panik atakanın hər zaman öhdəsindən gələ bilərsiniz. Qorxmayın. : )

Hazırlayan: Fidan Aslanova

fitret.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.