Yüz il əvvəl verilmiş 5 dəhşətli proqnoz

14 Haziran 2016
1 376
1
Yüz il əvvəl verilmiş 5 dəhşətli proqnoz
Dünyada hər nə ki olur, olacaq. Və hər şey ki, gərək olsun, elə heylə də olasıdır. Və o şey ki, gərək olaydı, gərək elə də olsun və olan şey olasıdır. Olmayan şey də olmayacaq və ola da bilməz. Və bir şey ki, ola bilməz, o, heç vaxt olmayacaq".

Əslində, "Ac həriflər"in Dərvişinin bu hikmətli kəlamlarının arxasında çox ciddi mesajlar dayanır. Təxminən bir əsr əvvəl cərəyan edən hadisələri əks etdirən teletamaşada Dərvişin verdiyi proqnozlar bu günün reallıqları ilə xeyli dərəcədə uzlaşır. Belə ki:

1) Dünyada hər nə ki olur, olacaq — devalvasiya. Ha Elman Rüstəmov desin ki, olmayacaq…

2) Və hər şey ki, gərək olsun, elə heylə də olasıdır — "Eurovision", "Youthvision", "Türkvision", "Müsəlmanvision", "İlkvision", "Formulavision" və sair. Bunların olmasına qərar verilibsə, mütləq olasıdır…

3) Və o şey ki, gərək olaydı, gərək elə də olsun və olan şey olasıdır — təhsilimizin anasının ağlaması. Dərvişin dediyindən belə çıxır ki, bu şey çoxdan olmalıydı. Sadəcə sovet dövründə, nə də olmasa da, kitaba sədaqət, elmə rəğbət, müəllimə itaət, kadr seçiminə diqqət və millətin arzularına hörmət vardı deyə, çox barmaq edə bilmirdik. Bu günə şükür…

4) Olmayan şey də olmayacaq və ola da bilməz — vətəndaşa sevgi. Ölkəmizdə doğulan uşağa görə, ödənilən birdəfəlik müavinətin məbləği 95 manat (bunun da yarısı "sənədləşmə"yə sərf olunur), doğulan hər buzova görə isə, sahibinə 100 manat ödənilir. Yaxud Hollandiyada doğulan uşağa 18 yaşadək ödənilən aylıq müavinətin məbləği 300 manat, bizdə isə 3 yaşadək uşağa qulluğa görə aylıq müavinətin məbləği 25-40 manat təşkil edir…

5) Və bir şey ki, ola bilməz, o, heç vaxt olmayacaq — Bakı bakılıların, Şəki şəkililərin, Sabirabad sabirabadlıların, Tovuz tovuzluların və sair. Niyə? Niyə-sini soruşmazlar. Axı olacağa və olmayacağa çarə yoxdur…
sputnik
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Xusha
    • Xusha
    • 15 Haziran 2016 16:43
    Her şeyi yozun bunu men her gun deyirem ne menasi vare? Dervish dunyani dagidib iki kelme soz deyib siz de yozun onu onun dediklerini her sheye yozmaq olar da -menasizlar!
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.