Yay sızanaqları ilə mübarizə

02 Temmuz 2016
1 430
0
Yay sızanaqları ilə mübarizə
Demək olar ki, planetin hər bir sakini sızanaq problemi ilə rastlaşıb. Bəziləri bununla mübarizədə günəş vannalarından istifadə edirlərsə, bəziləri üçün ultrabənövşəyi şua tam bir faciədir.

Yayda sızanaqlardan qurtulmağın yollarını bir çoxları bilmək istəyir, bunu nəzərə alaraq araşdırma aparmışıq.

Yay sızanaqlarının səbəbi

Demək olar ki, yeganə səbəb istilərdir. Çünki bir çoxlarımız yayın eyforiyasına özümüzü təhvil verərək, dərimiz təmizliyinə fikir vermirik. Daim hərəkət, tər, toz üz dərinizi çirkləndirir. Nəticədə dəri nəfəs ala bilmir və qızartılar, səpkilər əmələ gəlir.

Bəzən günəş altında çox qaldığınız zaman da sızanaqlar əmələ gələ bilər. Günəşdən yaranan sızanaqlar nadir hallar deyil. İnsanlar dərilərinin rənglərini dəyişmək məqsədi ilə saatlarla günəşin altında uzana bilirlər. Həmçinin yayda çoxlu şirin sərin məhsulların qəbulu da piylənməyə gətirib çıxardır ki, bu da sızanaq formasında dəridə özünü göstərə bilir.

Yayda sızanaqlardan qorunmaq

Əlbəttə ki, bunun bir nömrəli çarəsi dərinin təmiz saxlanılmasıdır. Bunun üçün heç də bahalı vasitələrə ehtiyac yoxdur. Adi təmizləyici losyon və ya sabun yetərlidir. Nəmləndirici kremlərdən istifadə edin, qidalandırıcıları payıza saxlayın.

Qızardılmış, şırın, marina edilmiş, hisə verilmiş qidalardan uzaq durun. Normadan artıq qida qəbul etməyin. Günəşin altında çox qalmayın. Çoxluq özünüz bilirsiniz nədir.

Əgər bunlar hamısı sizə kömək etmirsə və sizin səpkilər çoxalırsa, dermatoloqa müraciət etməyinizi məsləhət bilirik.
idol.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.