Barmaqarası başmaqdakı böyük təhlükə!

07 Temmuz 2016
2 282
0
Barmaqarası başmaqdakı böyük təhlükə!
Yay aylarında bir çoxunun sevdiyi barmaqarası başmaqların mənfi təsirləri ortaya çıxıb.

Feat.Az xəbər verir ki, müalicə mütəxəssisi Dr. Doug Kechijianın sözlərinə görə, barmaqarası başmaq geyən zaman başmağın ayaqdan çıxmaması üçün ayağın başmağa vərdiş etməsi lazımdır. Bu vərdiş ayağın təbii hərəkətinə və formasına təsir edir.

Bu başmaqların ayaqlarda dayanması üçün barmaqlarımızdan istifadə edirik.

Buna görə də ayaq daha gərgin olur və hərəkətimiz düzgün və rahat olmur. Bundan başqa baldırlardakı əzələlərdə də problem yaranır.

Hərəkət edən zaman topuqlarda kəskin ağrılar hiss edilə bilər. Getdikcə isə barmaqarası başmaqlar, diz ağrısı kimi problemlərə belə yol aça bilər. Barmaqarası başmaq topuq bölgəsində şiddətli ağrılara yol aça bildiyi kimi, topuq tikanı narahatlığı riskini də yaradır. Barmaqarası başmaqdan həddindən artıq istifadə ayaq sümüyündə çat riskini də artırır və insanın yeriş şəkli dəyişir.
qadinklubu.com
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.