Xoşbəxt olmadığınızı göstərən 4 işarə

27 Ağustos 2016
1 906
0
Xoşbəxt olmadığınızı göstərən 4 işarə
Xoşbəxt olduğunuzu göstərən yeganə işarə qəhqəhələriniz olsa da bəzən xoşbəxt olmadığınızı qavramaq üçün daha dərin düşünmək lazımdır.

1 – Çoxlu TV izləmək

Bəzən stressli bir günün sonunda gecə boyunca TV izləmək qaçınılmazdır. Adətən serialları və yarışmalarını izlədikcə beyniniz rahatlayıb dincələr. Ancaq bu sizin gündəlik həyatınızda çoxluq təşkil edərsə, qısacası pult sizin sevimli vasitənizə çevrilibsə, heç də yaxşıya işarə deyildir. Tövsiyəmiz odur ki, pultu bir kənara buraxsanız heç də pis olmaz. Çox təəssüf hissi ilə bildirmək istərdik ki, aparılan araşdırmalara görə TV izləmə müddəti xoşbəxtlik ilə tərs mütənasibdir. Sizin TV izləmə müddətinizə görə nə qədər xoşbəxtlikdən uzaqlaşdığınızı özünüz təxmin edə bilərsiniz. Bu alışqanlıqdan qurtulmaq üçün vaxtınızı daha çox ailənizə xərcləyin. Parklarda və ya dənizkənarında gəzinti gözəl həllərdən biridir.

2 – Problemli əlaqələr

Artaraq davam edən sıxıntılar, tükənməkdə olan əlaqənin işarəsidir. Xoşbəxt olmayan insanlar gələcəkdə qarşılarına çıxan problemləri həll etməkdə çətinlik yaşayacaqlar. Hər bir məsələ özlüyündə dözülməz və aşılmaz hala gələcəkdir. Bu problemdən qurtulmanın gözəl yollarından biri yeni insanlarla tanış olmaqdır. Siz əlaqələrinizi seçərkən doğru və düzgün zamanda olmasına böyük əhəmiyyət verin. Əks halda səhv atılmış addım sizi xoşbəxtlikdən uzaqlaşdıran amilə çevrilə bilər. Ətraf mühiti ilə rahat ünsiyyət əldə edə bilməyən insanların bu problemləri vərdiş halına çevrildiyi zaman bundan uzaqlaşmaları daha da çətinləşir. Sizə tövsiyyəmiz; yaxşı və dürüst insanların bir araya gəldiyi tədbirlərdə iştirak etməyə çalışın.

3 – Yuxusuz gecələr

Araşdırmalar yuxusuzluq ilə xoşbəxtlik səviyyəsinin bir-biri ilə əlaqəli olduğunu göstərir. Yuxusuzluq problemi çəkən insanlar stress hormonu olaraq da bilinən cortisolun təsirlərinə daha tez düşərlər. Bu problem ilə üzləşən insanlara tövsiyyəmiz; yatmazdan əvvəl kitab oxumaq, gimnastika ilə və ya digər faydalı işlər ilə məşğul olmaq rahat yatmanıza kifayyət qədər köməkçi ola bilər.

4 – Stress səviyyəsi

Elmi araşdırmalar, ətraf mühitin insanların xoşbəxtlik səviyyəsində böyük rol oynadığını göstərir. Özünü güvəndə hiss etmək və rahatlıq, tətmin və məmnuniyyət hisslərinin ortaya çıxmasında əhəmiyyətlidir. Həddindən artıq stressli mühit və iş şəraiti narahatlıq və etibarsızlığa səbəb ola bilər. Stressi həyatımızdan tamamilə çıxara bilməsək də, hisslərimizi və davranışımızı cilovlayaraq müəyyən səviyyədə saxlaya bilərik. Bu həyata və hadisələrə müsbət yanaşmaq ilə, gözəl düşünmək ilə olmaqdadır. Yəni psixoloji olaraq özünüz stress səviyyəsinin azaldılmasında əhəmiyyətli dərəcədə başarılı ola bilərsiniz. Əlavə tövsiyyəmiz; müxtəlif fiziki və psixoloji rahatlama üsulları da bu mövzuda köməkçiniz olacaq. İdmanla məşğul olmaq və sevdiyiniz insanlar ilə sevdiyiniz mühitlərdə olmaq sizi rahatladacaqdır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.