Qeybətə icazə verilə bilər? verilə bilərsə hansı hallarda verilə bilər?

07 Kasım 2016
1 183
0
Qeybətə icazə verilə bilər? verilə bilərsə hansı hallarda verilə bilər?
Oxucu sual verir: Hansı hallarda qeybətə icazə verilə bilər?

Qeybət müsəlman əxlaqına yaraşmayan bir davranışdır, böyük günahdır, Allahın qəzəbinə səbəb olan əməldir.

Lakin bəzi hallarda, başqa çıxış yolu olmadığı zaman qeybətə icazə verilə bilər.

Məsələn, başqasını aldadan, ona ziyan vurmağa çalışan şəxsi ifşa etmək üçün onun aldatdığı adama həqiqəti açıb söyləmək icazəlidir.

Bu zaman həmin yalançı və fırıldaqçı şəxsin əsil kimliyini söyləmək qeybət sayılmaz.

İkincisi, məhkəmə zamanı dindirilən şahidlər, zərərçəkən şəxs heç nəyi gizlətmədən məhkəməyə ifadə verməlidir. Bu zaman mühakimə olunan şəxslə bağlı və məhkəməyə dəxli olan məsələni açıb söyləmək icazəlidir.

Eləcə də, ideoloji zəmində təxribat yaradan, beyinləri zəhərləyən bir şəxsin düşüncələrini, o zamana kimi həyata keçirdiyi zərərli fəaliyyəti, qurduğu əlaqələri açıb cəmiyyətə bildirmək də günah deyil.

Çünki yalnız bu yolla cəmiyyəti həmin zərərli fikirdən və onu yayan adamdan qorumaq olar. Lakin bütün bu hallarda da həddi aşmağa, zərurət olmayan yerdə sirləri açmağa icazə yoxdur.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.