Professor ilə Tələbə - LƏTİFƏ
Universitet yeməkxanasına girən bir tələbə bütün yerlər dolu olduğundan gedib universitet professorunun oturduğu masaya oturur.
Professor qaşqabağını tökərək:
- Öküzlər və quşlar eyni masada otura bilməz!
Tələbə:
- O zaman mən uçuram...
Professor cavaba çox əsəbiləşir, imtahanda tələbənin imtahanını müvəffəqiyyətsiz keçməsi üçün əlindən gələni etdir. Amma imtahanda tələbə bütün sualları mükəmməl bir şəkildə cavablandırır.
Professor tələbəyə:
-Sənə son bir sual verəcəm, demiş. Yolda gedərkən iki torba tapdığını xəyal et, birində ağıl var, digərində isə pul var. Hansı çuvalı götürərsən?
Tələbə:
- Pul olan çuvalı seçərdim...
Professor:
- Mən ağıl olan çuvalı seçərdim...
Şagird:
- Normal! Kimdə nə əskikdisə, onu seçər...
Professor çox əsəbiləşir, tələbəninin qeyd dəftərini götürüb içinə "öküz" yazır. Tələbə nota baxmadan otaqdan çıxır. Bir dəqiqə sonra tələbə qapını açıb və ''Hörmətli professor, imzanızı atmısınız, lakin qeydimi yazmağı unutmusunuz.'' deyir.