Möminə xas olan 5 xüsusiyyət

30 Ağustos 2020
3 108
0
Möminə xas olan 5 xüsusiyyət
"Möminlər yalnız o kəslərdir ki, Allah zikr olunduqda qəlbləri qorxar, Onun ayələri onlara oxunan zaman imanlarını artırar və daim öz Rəbblərinə təvəkkül edərlər". ("Ənfal" 2).

"O kəsləri ki, iman gətiriblər və qəlbləri Allahı yada salmaqla rahatlıq tapır. Bilin! Qəlblər yalnız Allahı yada salmaqla rahatlıq tapır". ("Rəd" 28).
"Rəbblərindən qorxan kəslərin (bədənlərinin) dəriləri ondan (onu eşidəndə) titrəyər. Sonra onların dəriləri və ürəkləri yumşalar və onlar rahatlıq və Allaha inam taparlar". ("Zumər" 23).
Feat.Az deyerler.org-a istinadən bildirir ki, bu Quran ayələrində möminlərə aid olan beş sifətin adı çəkilmişdir ki, onlardan üçü mənəvi və ruhani aspektə, ikisi isə elmi və xarici aspektədir.
İlk üç sifət ibarətdir:
1. Məsuliyyət hissi.
2. İmanın təkamülü.
3. Təvəkkül.
Qalan iki sifət isə ibarətdir:
4. Allahla rabitə.
5. Allahın xəlqi ilə rabitə.

Möminlər o insanlardır ki, Allahın adı çəkilən kimi qəlbləri titrəyər və Allah dərgahında məsuliyyət hiss edərlər. (Həvzəh)
Bəzən elə olur ki, insan böyük bir məqama malik olan alimin görüşünə gedəndə onun məqamının böyüklüyündən elə təsirlənir ki, bütün bədəni titrəməyə başlayır. Qəlbində bir növ qorxu hissi yaranır. O yerə qədər ki, danışan zaman dili topuq vurur. Hətta bəzən deyəcəyi sözü belə unudur. Bu rəftar əzəməti dərk etməyə görə verilən reaksiyadır.
Ona görə də möminlər agah insanlar olduğu üçün, Allah dərgahında həm ricaya və həm də xofa malik olarlar. Onlar daima təkümül yolundadırlar və bir an belə sakit oturmurlar. O zaman ki, Allah ayələri oxunar - imanları artar. Həqiqi möminlərin imanları həmişə diridir. Onlar diri ölülər kimi bir yerdə qalmazlar, hər gün yenilənərlər. İman və sifətləri də təzələnər.
Möminlərin üçüncü bariz sifəti budur ki, daima Allaha təvəkkül edərlər. Onların düşüncə üfüqü o qədər böyükdür ki, Allahın xəlqinə deyil, Xaliqə diqqət edərlər. Aləmlərin Rəbbinin sonsuz dənizindən bəhrələnər və daha çox istəyərlər. Ruhları böyük və düşüncələri alidir. Dayaqları ancaq Allahdır.
Möminlərin dördüncü sifəti odur ki, ancaq Allahı yada salan zaman rahatlıq taparlar. Dünyanın bütün çətinlik və giriftarlıqlarında məğlub olmaz, qəm və qüssə yeməzlər. Çünki bilirlər ki, Allahı yada salaraq, bütün bu çətinliklərə qalib gələ biləcəklər.
Möminlərin beşinci sifəti budur ki, Allahın xəlqi ilə rabitədədirlər. Allahın xəlqi deyildikdə, Quran nəzərdə tutulur. Mömin o zaman ki, Allah ayələrini eşidər və ya oxuyar, bütün bədəni titrəyər. Bu titrəmə əvvəl dərisinə və sonra da qəlbinə nüfuz edər. Quran ayələrinin o qədər təsiri altına düşər ki, ətrafında olanları unudur və diqqəti ancaq Allahda olar. Bu Quran ayələri onu təkamül yoluna yönləndirər və qürb məqamına çatmasına yardım edər.
Hər bir müsəlmanın arzusu budur ki, mömin ola bilsin. Əgər biz də mömin olmaq istəyiriksə, gərək Quranın buyurduğu bu beş sifətə malik olaq və nəfsimizi bu yolda tərbiyə edək.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.