Baş ağrısının dərmansız müalicəsi: 10 effektli üsul,
Feat.Az saqlamheyat.az-a istinadən bildirir ki, lakin bir çox hallarda adi baş ağrısını heç bir dərman preparatı istifadə etmədən azaltmaq mümkündür. Bu sadə və sınanmış vasitələr sizə bu işdə kömək edəcək:
1. 1 stəkan sərin su. Baş ağrısının yayılmış səbəbləri arasında orqanizmin susuzlaşmasıdır. Bu halda adi su sizi baş ağrısından xilas edə bilər.
2. Qida qəbulu. Aclıq da baş ağrısının yayılmış səbəblərindən biridir. Aclıq zamanı qanda qlükozanın səviyyəsi düşür. Qlükoza beynimizin əsas qidasıdır. Qanda qlükozanın səviyyəsi düşdükdə buna ilk növbədə beyin reaksiya verir - insan əsəbi, yorğun olur, baş ağrısı əmələ gəlir.
Bu halda qida qəbulu sizi baş ağrısından xilas edəcək. Maqneziumla zəngin olan qidaları seçin - tünd yaşıl tərəvəzlər, paxlalı bitkilər, qoz-fındıq. Maqnezium baş ağrılarının azalmasına çox yaxşı kömək edir.
3. Çay və qəhvə. Baş ağrısı zamanı istifadə olunan dərmanların bir hissəsinə "kofein" maddəsi daxildir. Bu maddə çayda və xüsusilə də qəhvədə var. 1 fıncan qəhvə və ya tünd çay baş ağrısının azalmasına kömək edə bilər.
4. Yuxu baş ağrısı zamanı ən sınanmış vasitələrdən biridir.
5. Nanə dəmləməsi. Bu çox güclü spazmolitik və ağrısızlaşdıran vasitədir. 1 xörək qaşığı təzə nanə yarpaqları 1 fincan qaynar suda dəmləyin və kiçik qurtumlarla için.
6. Zəncəfil, darçın, sarıkök güclü spazmolitik və ağrısızlaşdıran təsirə malikdir. 1 stəkan suda 1/2 çay qaşığı zəncəfil tozu (və ya darçın, və ya sarıkök) dəmləyin və kiçik qurtumlarla için.
7. Aromatik yağlar (rozmarin, lavanda, nanə) baş ağrısını azaldır. Barmaqlarınızın uclarına bu yağlardan birinin bir neçə damcısını tökün, massaj hərəkətlərlə gicqahlara sürtün və sonra bir qədər uzanın.
8. Xardal kağızı baş ağrısı ilə mübarizə etməyə kömək edir. Baş ağrıları zamanı xardal kağızları ilıq suda isladın və boynun arxa hissəsinə qoyun.
9. Baş massajı. Baş ağrısı zamanı başınızı barmaqların ucları ilə yüngül massaj edin.
10. Əgər baş ağrısı nəbz kimi vurursa, gicgahlarınıza buz qoyun.