Zeytun Yağının Faydaları

20 Nisan 2021
2 026
0
Zeytun Yağının Faydaları
Zeytun Yağının Faydaları

Zeytun Yağının tarixi qədim Misirə qədər gedib çıxır. Misirlilər zeytun yağını dəriləri, saçları və dişləri üçün istifadə edirdilər. Müasir dövrdə aparılan araşdırmalar nəticəsində zeytun yağının bir çox faydaları bəlli olub. Zeytun yağının tərkibinə E və K vitaminləri həmçinin , kalsium, dəmir, kalium və natrium daxildir. Zeytun yağının faydaları bitməz. Feat.Az bir neçəsini təqdim edir:

1. Həzm Sistemi – Zeytun yağı həzm sisteminin düzgün şəkildə işləməsinə kömək edir. Qəbizlik problemi yaşayan insanlar bir çay stəkanı qədər zeytun yağı içmələri nəticəsində sağlam nəticələr alacaqlarını görəcəklər. Eyni zamanda zeytun yağının babasilə faydalı olduğu məlumdur. Zeytun yağı antioksidan xüsusiyyəti sayəsində bağırsaqların təmizlənməsinə də köməkçi olur.

2. Dəri - Zeytun yağının faydalı olduğu digər bir mövzu da dərimizdir. Soyuq havalarda qurumuş olan dərinin nəmlənməsini təmin edir. Zeytun yağı eyni zamanda makiyaj silmək üçün də istifadə olunur. Zeytun yağı kimyəvi maddələrin əksinə olaraq dəriyə ziyan vermədən bu prosesi yerinə yetirir. Duzlu su ilə qarışdırdıqda dərinin dincəlməsinə və nəmlənməsinə kömək edəcəkdir. Bunu bütün bədənimiz üçün istifadə edə bilərik.

3. Zeytun yağının saç üçün bir çox faydası var. Bu gün izlədiyimiz bir çox şampun reklamlarında zeytun ekstraklı şampunlar daha çox önə çəkilir. Bəsləyici tərəfi ilə saçların daha tez uzanmasına köməkçi olur. Saçların güclənməsinə, asanlıqla tökülməməsinə faydalı olur.

Zeytun Yağının Faydaları

Bundan başqa zeytun yağı döş xərçəngi riskini azaldır, doğuşdan sonra qadınların döş uclarında yaranan çatları aradan qaldırır.


[right]Əliyeva Günay
Feat.Az[/right]
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.