Sünnətin İslamda və tibbdə faydaları
Sünnət niyə edilməlidir?
Sünnət əsasən yetkinlik yaşına çatmamış oğlan uşaqlarının kişilik əzasının ucunu örtən dərinin kəsilməsindən ibarət əməliyyatdır. Sünnət olmaq Hz. İbrahimin səksən yaşında özünü sünnət etməsi ilə başlamışdır. Hz. İbrahimdən sonra, Rəsulullah peyğəmbər olaraq göndərilənə qədər bütün peyğəmbərlər və ümmətlərində bu proses davam etmişdir. Bəzi peyğəmbərlərin (bunların təqribi sayı 10-17 nəfər olduğu) sünnətli olaraq dünyaya gəldiyi bildirilir. 247Tarixə nəzər salanda görürük ki, İslamdan əvvəl də ərəblər sünnət olurdurlar. Yəhudilərdə də sünnət adəti vardı və bu gün də davam edir. Xristianlara gəlincə onlardan bəzisi sünnət olduğu halda, bəzisi sünnət olmazdı. İslamı qəbul edənlər İslamın prinsiplərindən birinin sünnət olmaq olduğunu bilirdi. İnsanlar bunu bildiyinə görə, İslamı qəbul edəndən sonra qüsl aldıqları kimi sünnət də olurdular. Rəsulullah bir hədisində buyurur: “Dörd şey var ki, bunlar peyğəmbərlərin sünnətlərindəndir: sünnət olmaq, gözəl qoxu sürtmək, misvakdan istifadə etmək və evlənmək.” (Tirmizi, Əhməd ibn Hənbəl, Müsnəd).
İslamdan əvvəl Ərəbistanda sünnət gigiyenik tələb kimi qəbul edilirdir. Ərəblərdə sünnət olmaq təmizlik və gözəllik əlaməti sayılırdı. Buna görə də sünnət kəlməsinin əvəzinə təharət kəlməsindən də istifadə edilirdi. Təbii ki, hadisəyə yalnız dini və ictimai bir baxış baxımından baxmaq doğru deyil. Son illərdə edilən araşdırmalar, bir çox cinsi yolla bulaşan xəstəliklərin və bunlara bağlı meydana gələ bilən sağlıq problemlərinin, sünnət sonrasında ciddi nisbətdə azala biləcəyini göstərmişdir. Xüsusilə, AİDS kimi xəstəliklərin qarşısının alınmasında Dünya Sağlamlıq Təşkilatının sünnətin qoruyuculuğu mövzusunda lazımlı xəbərdarlıqları da var.
Sünnət nə zaman edilməlidir?
İdeal olan sünnətin əməliyyatxana şərtlərində edilməsidir. Sünnət üçün uyğun olan dövrlərdən bir dənəsi də erkən körpəlik dövrüdür. Günümüzdə ən doğru vaxt kimi qəbul edilən, körpə 1 aylıq olduqdan sonra, lokal anestezi tətbiq edilən sünnət əməliyyatıdır. Sünnət, 1-4 ay arasındakı körpələrdə, ümumi anesteziyaya ehtiyac qalmadan, yalnız lokal anestezi ilə rahatlıqla edilə bilər. Lokal anestezi ilə edilən sünnətin üstünlükləri; körpənin ümumi anestezi almaması, anesteziya üçün ac qalmasına ehtiyac qalmaması, ümumi anesteziya baxımından əvvəlində qan analizi kimi cəhdlərə ehtiyac duyulmamasıdır. Ancaq istər lokal, istər ümumi anestezi ilə olsun, ideal olan tətbiq, bütün sünnətlərin əməliyyatxana şərtlərində edilməsidir. Bu şəkildə həm infeksiya riski çox azalır, həm də qanama kimi istənməyən hal demək olar ki, baş vermir.
Diqqətli olun!
Sünnət olmadan öncə, körpələrin mütləq bir mütəxəssis tərəfindən müayinə edilməsi lazımdır. Bu müayinədə körpədə, peyğəmbər sünnəti (hipospadias), əyrilik və ya dönüklük kimi problemlər təsbit edilsə, sünnətin qəti olaraq edilməməsi lazımdır. Körpə bir az daha böyüdüyündə (6-7 aylıq olduğunda), ümumi anestezi altında ediləcək cərrahi müdaxilə ilə birlikdə həm problem həll edilər, həm də sünnət edilmiş olur. Erkən, körpəlik dövründə edilən sünnətlərin sağalması daha sürətli olur və sünnət sonrası baxımları da, körpə hələ bezdə olduğu üçün çox daha asan qəbul edilir.
Sürətli sağalma dövrü
Sünnətdən dərhal sonra bezin bağlanmasında heç bir problem yoxdur. Yaranı açmaq da körpələrin olduqca kefini qaçıran və ağrılı bir əməliyyat olduğu üçün mümkünsə çox möhkəm bir sarğı etməmək lazımdır. Sünnət sonrası 4-5 saat qədər lokal anesteziyanın təsiri davam etdiyi üçün bu dövrdə körpə heç ağrı hiss etməyəcək. Ancaq sünnət əsnasında hərəkətsiz qaldıqları üçün körpələrin çoxu sünnət edilən zamana və sonrasında bir müddət ağlaya bilər. Bu körpənin ağrısı olduğu mənasını verməz.Ümumiyyətlə ağızdan antibiotikə ehtiyac olmaz, amma yara üzərinə 3-4 gün antibiotik kremlər və ya toz dərman sürtülə bilər. Həkim məsləhəti ilə sünnət sonrası iki, üçüncü günlərdə ilıq suya oturtma şəklində vannalara başlana bilər. Sünnət sonrası şişlik, qızartı, qabığlanma ya da dəri bənövşəyi rəngdə ola bilər. Bunlar həftələr içərisində gedərək azalır. Erkən sünnət etdikdə həm uşaq rahat olacaq, həm yara tez birləşir, həm də valideynlər də rahat olur.