Pəncərəni bununla silin – SADƏ RESEPT
2 stəkan su, 3 yemək qaşığı sirkə və yarım çay qaşığı duru qab şampununu qarışdırıb pəncərənizi silə bilərsiniz.
Bundan başqa, 3 litr su, ¼ stəkan sirkə, 2 yemək qaşığı limon suyu və bir damcı qab yuyan şampun. Bunları qarışdırıb qəzet kağızı ilə pəncərəni silə bilərsiniz. Qəzet kağızı şüşədəki ləkələri daha yaxşı təmizləyir.