Dırnaq yemək vərdişinə asanlıqla son qoymağın üsulu

31 Mart 2017
1 874
0
Dırnaq yemək vərdişinə asanlıqla son qoymağın üsulu
Bəzi insanlar yaşından asılı olmayaraq dıqnaqlarını və ya dırnağın yan hissəsində olan əti dişləyib qoparırlar. Bu isə əksər hallarda dırnağın ətraf hisəsində qızartılara və bəzən də ağrılara səbəb olur.

Feat.Az xəbər verir ki, nu xəstəlik deyil, uşaqlıq yaşlarından qalan bir vərdiş hesab edilir. Bəs bu nə zaman baş verir və bu vərdişdən necə xilas olmaq mümkündür?


1. Dırnaq və ya onun ətini dişləyib qoparmaq müəyyən müddət ərzində baş verir. Bu ya dırnaq ətinin sərtləşib adamı qıcıqlandırdığı zaman, ya da əsəbləşəndə olur. Vərdişdən xilas olmaq istəyirsinizsə o zaman dırnaqlarınızın dibinə təzə qırmızı bibər sürtün.

2. Yanınızda adam olarkən və ya iclasda olduğunuz zaman dırnaqlarınızı yemək istdikdə özünüzə başqa bir işlə məşğul edir. Əlinizə bir vərəq alın və cızma-qara etməyə çalışın.

3. İnsanların içərisində dırnaqlarınızı yemək vərdişində əl çəkmək istəyirsinizsə o zaman barmaqlarınızın başını sabunlayın və yumayın. Əlinizi ağzınıza aparmaq istədikdə o zaman sabunun iyi və dadı buna mane olacaq.

4. Dırnaq yemək vərdişindən xilas olmağın yollarından biri də dırnaqlara lak sürtməkdir. Bu üsulu kişilərdə tətbiq eləmək mümkün deyil, amma, kişilər lak yerinə dırnaqlarının dib hissəsinə qırmızı bibər suyu sürtə bilərlər.

5. Dırnaqları kökündən ksmək də bu vərdişdən xilas olmağın yollarından biridir.

6. Stress səbəbli dırnaqlarınızı yeyirsinizsə o zaman əsəbləşəndə başınızı qatmağa başqa bir vərdiş seçin. Məsələn, su için, uzanıb yatmağa çalışın və s.

7. İradənizin möhkəmliyini yoxlayın. Özünüzə söz verin ki, bir də dırnaqlarınızı yeməyəcəksiniz, çünki, dırnaq dibi ətinizə mikrob düşər və infeksiya əlamətləri meydana çıxa bilər.

8. Əgər siz ev şəraitində dırnaqlarınızı yeyirsinizsə o zaman ətrafınızda olan yaxın adamlardan siz dırnaqlarınızı yeyən zaman sizin əllərinizə vurmağını xahiş edin. Bu sistematik olaraq təkrarlandıqda o zaman siz avtomatik olaraq dırnaqlarınızı yeməkdən əl çəkəcəksiniz.

Bu pis vərdişdən doğurdan da əl çəkmək istəyirsinizsə o zaman hamının dırnaq əti yeməmək barədə hamının məsləhətlərinə qulaq asın və əməl edin.
immunitet.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.