Əgər ağızdakı yemək qırıntılarını təmizləmək və pis qoxunu aradan aparmaq üçün saqqız çeynənirsə, bunu etmək günah deyil. Hərçənd ki, İslamda bunun daha gözəl, səmərəli və mədəni üsulları tövsiyə edilib. Məsələn, dişləri misvakla təmizləmək. Amma əgər misvakla və ya diş məcunu ilə təmizləməyə imkan yoxdursa, saqqız çeynəmək də olar.
Feat.az xəbər verir ki, mənasız yerə, əyləncə və baş qatmaq üçün saqqız çeynəmək isə bəyənilmir. Hər bir halda saqqız çeynəyərkən müsəlman əxlaqına və ədəb qaydalarına riayət etmək lazımdır. Yaxşı olar ki, ümumiyyətlə insan saqqızı heç kimin görmədiyi yerdə və ya başqalarına hiss etdirmədən çeynəsin. Cəmiyyət içində saqqız çeynəyərkən ağzı marçıldatmaq, çənəni oynatmaq, bundan daha pisi - saqqızı ağızda üfürüb sonra partlatmaq ədəbsizlikdir və müsəlmana yaraşmayan hərəkətdir.