Məşhurları gözəl saxlayan bu salatlardır

30 Nisan 2017
3 232
0
Məşhurları gözəl saxlayan bu salatlardır
Cennifer Lopez, Miranda Kerr, Beyonce, Culia Roberts kimi qüsursuz görünüşləri ilə hər zaman diqqət mərkəzində olan məşhurların həyat tərzi hər kəs üçün maraqlıdır. Xüsusən də onlar yemək və pəhriz sirlərini hər kəs bilmək istəyir. Pəhrizdə əsas yeri isə salat tutur. Feat.Az ünya ulduzlarının salatlarını hansı vəsaitlərlə hazırladıqlarını araşdırıb. Onların salatlarını sehirli edən bunlardır.

Cennifer Lopez


Seksual ulduzun sirri kələmdir. 47 yaşılı Cennifer Lopez kələm salatına “queso pendiri”, balqabaq tumu, yaşıl soğan əlavə etdikdən sonra limon suyu və zeytun yağı ilə ləzzətləndirir.


Beyonce


22 gün vegetrerian pəhrizi saxlayan Beyoncenin salatındakı sehrli vəsait dəniz yosunudur. Digər vəsaitlər: kələm, kök, xiyar, yaşıl soğan, qovrulmuş badam, keşniş və reyhan.


Culia Roberts


48 yaşlı Hollivud ulduzu salatını brüssel kələmi, basdırma, “manchego pendiri” və qaynadılmış yumurtadan hazırlayır.


Cennifer Aniston


47 yaşlı kino ulduzu Cennifer Anistonun sirri noxuddur. O, noxudlu salatına yarma, xiyar, qırmızı soğan, cəfəri, nanə, püstə və ağ pendir əlavə edir.


Cessica Alba


Sağlam bir qidalanma proqramı tətbiq edən aktrisa salatını üzüm, pomidor, kök, avokado, zeytun yağı və limon suyu ilə hazırlayır.


Selena Gomez


Selena yaşıllıqlarla zəngin salatına avokado, hinduşka və paxla əlavə edir.


Miranda Kerr

“Victoria's Secret”in keçmiş mələyi olan Mirandanın sevimli salatının ana vəsaiti razyanadır. Digər vəsaitlər: somon balığı, yaşıl zeytun, ispanaq, kök və pomidor. Miranda bütün vəsaitləri nazik-nazik doğrayıb qarışdırdıqdan sonra limon suyu əlavə edir.


Justin Bieber


Justin Bieber klassik sezar salatını kilki balıq və ədviyyatlı yumurtayla hazırlayır.


Chrissy Teigen


Seksual maneken yemək kitabında xüsusi salatının vəsaitlərini sadalayıb. Chrissynin klassik “Walorf” salatının tərkibi kahı, qırmızı soğan, qoz, alma dilimləri və rokfordan (pendir növü) ibarətdir.

Lily Aldridge

“Victoria's Secret”in mələyinin pendir, çuğundur, kök, kinoa, brokoli, yaşıl yarpaqlı və yaşıl tərəvəzlərdən hazırlanmış salatının əsl sirri acı bibərdir.


Gisele Bundchen

36 yaşlı model möhtəşəm bədənini kələm, çiyələk pomidorları, brokoli, çuğundur, kinoa, avokado və tərədən ibarət salatına borcludur. Ancaq bütün vəsaitlər bunlar deyil. Ultra sağlam bu salatın sirri şirin kartofdur.


Kate Hudson

37 yaşlı aktrisa salatını qarpız, ağ pendir və rokayla hazırlayır.
lent.az

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.