Diş daşlarını yox edən təbii üsullar

13 Mayıs 2017
1 805
0
Diş daşlarını yox edən təbii üsullar
Dişlərinizdəki daşları ev şəraitində bir neçə üsulla yox etmək istəyirsiniz? Onda xəbərimizdə diş daşlarını yox edən təbii üsullar barədə məlumatları oxuyun.

Feat.Az
deyerler.org-a istinadən bildirir ki, həddindən artıq qəhvə içən və siqaret çəkən insanlarda diş daşları tünd sarı olur. Ərplər diş çürüməsinə səbəb olduğu üçün əvvəlcədən tədbir görmək lazımdır. Evdə hazırlaya biləcəyiniz bu təbii qarışıqla diş daşlarını tamamilə aradan qaldırmaq mümkündür.

Bunun üçün 2 xörək qaşığı günəbaxan tumu, 2 xörək qaşığı yaşıl limon suyu və yarım litr su lazımdır​. Məhlulu hazırlanmaq üçün bütün materialları alüminium qabın içərisinə qoyub bir saat qaynatmaq lazımdır. Məhlulu ayda 5 dəfə dişlərinizi fırçalayaraq, istifadə edə bilərsiniz.

Digər bir üsul isə diş fırçanızı alma sirkəsinə batırıb dişlərinizi təmizləmək və yaxalamaqdır.

Bunlarla yanaşı ağız boşluğuna gündəlik qulluq etmək lazımdır. Təbii tərkibə malik olan diş məcunları almağa diqqət göstərmək lazımdır.

Əlbəttə, ən mühüm olanı da dişlərinizin yoxlanması üçün diş həkiminizə müəyyən müddətdən bir baş çəkməyini əsla unutmayın.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.