Ətir vurmaq və gül iyləmək orucu batil edirmi?
Feat.Az islam.az-a istinadən bildirir ki, xüsusilə, namazdan əvvəl, məscidə gedərkən, müsəlmanlarla görüşməzdən qabaq ətir vurmaq bəyənilir. Orucluq zamanı da ətir vurmaq günah deyil və orucu pozmaz. Amma diqqətli olmaz lazımdır ki, ətirin zərrəcikləri boğaza keçməsin. Bəzən diqqətsizlik üzündən ətiri fısqırdında zərrəciklər ağızdan və ya burun deşiklərindən keçib boğaza düşür. Bunun qarşısını almaq üçün ətir vurarkən ağzı və burnu qapatmaq məsləhətdir.