Başı suya batırmaq orucu pozurmu?
Feat.Az islam.az-a istinadən bildirir ki, cəfəri məzhəbli alimlərin əksəriyyətinə görə, ehtiyati-vacibə əsasən, suya baş vurmaqla oruc pozular. Diqqət yetirin ki, burada yalnız başı bütövlükdə suya batırmaq nəzərdə tutulur. Amma əgər insan başını suya salmadan yuyunsa, orucu düzgün sayılır. Bəzi cəfəri müctəhidlər (o cümlədən, Ayətullahül-üzma Sistani) oruc zamanı başı tamamilə suya batırmağın orucu pozmadığına, amma şiddətli məkruh əməl olduğuna fətva vermişlər.