Orucu neçə yaşından tutmaq vacibdir?

28 Mayıs 2017
2 195
0
Orucu neçə yaşından tutmaq vacibdir?
Oruc tutmaq üçün yaş meyarı şəriətə görə həddi-büluğ (yetkinlik) yaşı sayılır. Bütün məzhəblərə görə, oğlanlar ehtılam (sperma gəlməsi), qızlar isə heyz (ay¬başı) gördüyü zaman yetkin sayilırlar. Şafii, maliki, hənbəli və cəfəri məzhəbləri qarnın aşağı hissəsində cod tüklərin bitməsini də həddi-büluğun əla¬məti sayırlar. Əgər göstərilən fiziki əlamətlər görün¬mürsə, onda yetkinliyi yaşla hesablayırlar.

Feat.Az islam.az-a istinadən bildirir ki, şafii və hənbəli məzhəblərinə görə, həm qız, həm də oğlan uşaqları 15 yaşından, maliki məzhəbində 17 yaşından gec olmayaraq yetkinləşirlər. Hənəfi məzhəbində bu hədd qızlar üçün 17, oğlanlar üçün 18 yaşdır. Şiə məzhəbinə görə isə yuxarıdakı fiziki əlamətlər müşahidə edilməsə, qız qəməri təqvimlə 9 yaşına, oğlan isə 15 yaşına çatanda yetkin sayılır.

Bəzi müasir cəfəri alimləri yetkinlikdə yaşı deyil, ehtilam və heyzi şərt bilirlər. Bəzi başqa müasir cəfəri alimləri isə cinsindən asılı olmayaraq, uşaqların 13 yaşdan oruc tutmasını vacib bilirlər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.