Görün içkilərə atdığınız buz hansı xəstəliklərə yol aça bilər?

18 Temmuz 2017
1 077
0
Görün içkilərə atdığınız buz hansı xəstəliklərə yol aça bilər?
Sən demə, isti yay günlərində sərinləmək üçün kafe-restoranlarda içkilərimizə atdığımız buzlar Amebiasis kimi qorxunc xəstəliyə yol aça bilər. Bu barədə açıqlama Türkiyənin Çukurova Universitetinin Tibb fakültəsinin İnfeksiyon Xəstəliklər və Klinik Mikrobiologiya şöbəsinin müdiri dr. Behice Kurtarandan gəlib.

Amebiasis -
bağırsaqlarda parazitar xəstəlikdir. Qarın ağrısı, ishal, qusma, anemiya, çəki itirməsi kimi əlamətlərlə müşahidə edilir. Qarşısı alınmasa ciddi xəstəliklərə, hətta ölümə də yol aça bilər. Uşaqların orqanizmi həssas olduğu üçün bu xəstəliyi törədən amip virusuna yoluxma şansları da çox ola bilər. Xəstəlik xüsusilə də yay aylarında geniş yayılır.

Bəs, bu buzlar niyə xəstəlik mənbəyidir soruşsanız, həkim izah edir ki, xlorlanmayan, kirli sulardan hazırlanan buzlar risk mənbəyidir. Həmçinin həmin buzların çirki, yuyulmayan əllərlə hazırlanması, natəmiz qablara tökülməsi də səbəbləri sırasına daxildir.

Odur ki, istənilən içki və yeməyi evdə təbii şəkildə hazırlamağın tərəfdarı olan Feat.Az sufrem.az-a istinadən buzları da təmiz qablarda, təmiz sudan öz buzlamanızda hazırlamağı tövsiyə edir!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.