Yayda qida zəhərlənmələri - Nələrə diqqət etməli?

06 iyun 2017
762
0
Yayda qida zəhərlənmələri - Nələrə diqqət etməli?
Qarın ağrısı, ürək bulanma, qusma və ishal kimi şikayətlər qida zəhərlənməsinin xəbərçisidir. Bu əlamətlərin sırasına qızdırma da daxil olarsa, mütləq həkimə getmək lazımdır.

İsti havalarda tez-tez rastlanan sağlamlıq problemlərindən biri də qida zəhərlənməsidir. Ölümə belə, yol açan bu gizli təhlükəyə qarşı necə qorunmalı, nələrə diqqət etməliyik? Feat.Az ailem.az-a istinadən oxucularına bununla bağlı tövsiyələr təqdim edir.

Qida zəhərlənməsinin səbəbi nədir?

Qida zəhərlənməsi qidaların səbəb olduğu mədə-bağırsaq sisteminə dair şikayətlərə yol açan infeksion bir xəstəlikdir. Qida zəhərlənməsi yeyilən qidanın tərkibindəki bəzi mikroorqanizm və zəhərlərin (toksin) olması nəticəsində ortaya çıxır. Bundan başqa yeməyin metal və bəzi kimyəvi maddələrlə təmas etməsi zəhərlənməyə səbəb olur. Bəzi qidaların özü də zəhərli ola bilər.

Qida zəhərlənməsi əsasən yay aylarında yaşanır.

Üç şəkildə baş verir:


1. Qidaların üzərindəki mikroorqanizmlərin yeyilmədən əvvəl toksin yaratması nəticəsində baş verən qida zəhərlənməsi

2. Qidalarla alınan mikroorqanizmlərin bağırsaqda yaratdığı toksinlərlə meydana gələn qida zəhərlənməsi

3. Qidalardan qəbul edilən mikroorqanizmlərin bağırsaq divarını işğal və xarab etməsi nəticəsində yaranan zəhərlənmə.

Hansı yeməklərə diqqət etməliyik?

Ət və süd məhsulları, quş əti, sosiska, kolbasa, dondurma, mayonez və souslu yeməklər, kremli tortlar, bir müddət quruda qalmış dəniz məhsulları, yumurta, limonad kimi qidalardan dolayı zəhərlənmə ortaya çıxır.

Qusmaq yaxşıdırmı?

Bəli. Çünki qusma mədənin bağırsaqlara keçməsinə icazə vermədiyi toksin tərkibli qidaların bayıra atılmasıdır. Ancaq qusma az olarsa, toksinlərin hamısı qaytarılmadığından bir qismi bağırsaqlara keçir. Nəticədə ishal yaşanır.

Hansı əlamətləri var?

Ürək bulanma, qusma, qarın ağrısı, ishal kimi şikayətlər çox yaşanır. İshal qoxusuz və qansız olur. Qızdırmanın yüksək olması ciddi qida zəhərlənməsinə işarədir.
Qida zəhərlənməsi çox vaxt 2-3 gün içində yaxşılaşır.

Antibiotik nə vaxt istifadə edilməlidir?

Yüksək qızdırma, qanlı ishal və şiddətli qarın ağrısı varsa, antibiotik istifadə edilə bilər.
Sadə zəhərlənmələrdə antibiotiklərə ehtiyac yoxdur. Qusmaq üçün də dərman istifadə etmək olmaz.

Necə qorunmalı?

İnsanın immunitet sistemi və gigiyenik təmizliyi son dərəcə əhəmiyyətlidir.
Probiotik və prebiotik qidalanma çox vacibdir.
Açıqda satılan qidalardan və sulardan uzaq durun. Qoxusu, rəngi dəyişmiş, kiflənmiş qidaları yemək qəti qadağandır.
RƏY ƏLAVƏ ET

ƏN SON XƏBƏRLƏR

HAMISI
Bi Papatya Yazılı Şəkilləri 2019 (12)
15:00
81

Bi Papatya Yazılı Şəkilləri 2019 (12)

Niyə başqalarının paltarlarını geyə bilməzsiniz?
14:00
98

Niyə başqalarının paltarlarını geyə bilməzsiniz?

Bürclərin Acı İntiqamı - Fotolar
13:00
196

Bürclərin Acı İntiqamı - Fotolar

Yuxu gətirən qidalar
12:00
68

Yuxu gətirən qidalar

Çıtır-çıtır Kartoflu Samsa Resepti - Video Resept
11:00
93

Çıtır-çıtır Kartoflu Samsa Resepti - Video Resept

Yaxşı ki Varsan Yazılı Şəkillər 2019 (61)
10:00
417

Yaxşı ki Varsan Yazılı Şəkillər 2019 (61)

Tarixdə Bu Gün - 15 Sentyabr
09:00
55

Tarixdə Bu Gün - 15 Sentyabr

Qısqanc Yazılı Şəkilləri 2019 (4)
21:00
999

Qısqanc Yazılı Şəkilləri 2019 (4)

15.09.2019 Gündəlik Bürclər (15 Sentyabr 2019 Günlük Bürclər)
20:00
3 025

15.09.2019 Gündəlik Bürclər (15 Sentyabr 2019 Günlük Bürclər)

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 530 İRƏLİ