Öz dırnaq növünüzü tapın

21 Temmuz 2017
3 973
0
Öz dırnaq növünüzü tapın
Dırnaqlarınızın ideal şəklinin necə olması lazım olduğunu bilirsinizmi? Sizə dırnaq şəklinizi tapmanıza kömək edir .Necə? buyurun baxın.
Dırnaqlarımız şəxsiyyətimizi əks etdirir. Yalnız uzun ya da qısa olaraq düşünməyin, dırnaq şəklimiz yənionları necə manikur etdirməyimizdə mənliyimizin bir əks olunması kimi baxın...

Müxtəlif dırnaq şəkilləri əllərinizin görünüşünü bir anda dəyişdirə bilər. Necə?

Dırnaqlarınızı kvadrat, oval, yumru, kvadrat-oval ya da iti uclu şəkildə manikur etdirə bilərsiz.
Unutmayın, əllərinizin və ya dırnaqlarınızın quruluşuna görə verəcəyiniz qərar ən doğrusu olacaq.

Oval dırnaqlar

Oval dırnaqlar- dişiliyin ən böyük simvollarından biri! Əgər əlləriniz kiçiksə barmaqlarınızı daha uzun göstərər. Dırnaq, yanlardan manikurlandığında daha dar göründüyü üçün geniş barmaqlar üçün idealdır.

Yumru dırnaqlar

Mənim üçün təbiilik ön planda deyirsinizsə yumru şəkildə manikurlanmış dırnaqlardan imtina etməyin. Qısa dırnaqlarda daha gözəl dayanan yumruluq, tünd rəng laklarla daha da gözəl görünər.

Kvadrat dırnaqlar

Kvadrat formada manikurlanmış dırnağın ucunu və kənarlarını düz və küt bir şəkildə saxlayırıq.Uzun dırnaqlar kvadrat formasında manikurlandıqda çox diqqət cəlbedici bir hala gəlsə də əlləri qısa və qalın göstərmə kimi bir riski olduğunu unutmayın. Ancaq fransız manikuru sevənlər üçün ən uyğun dırnaq şəkli olduğunu söyləmədən keçməyək. Kvadrat görünüşü yumru kənarlarla bitirmək dırnağınıza daha yumşaq bir görünüş qatacaq.

İti uclu dırnaqlar

Bəlkə də həyatınızda heç təcrübə etmədiyiniz iti uclu dırnaqlara son dövrdə tez-tez rast gəlirik. İstifadə üçün heç funksional olmayan bu dırnaqlar, ümumiyyətlə dırnaqlarından incəsənət yaratmaq istəyən lak maraqlılarının seçimidir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.