Ailə həyatımızı necə Rəngarəg edə bilərik ?

30 Aralık 2021
1 624
0
Ailə həyatımızı necə Rəngarəg edə bilərik ?
İki şəxs qarşılıqlı istək və sevgi hiss edərək ailə həyatı yolunda addımlamağa başlayırlar.Ailə həyatı qurulduğu zaman hiss edilən hiss və həyəcanı da hər zaman elə qorumaq lazımdır ki, bir neçə zaman sonra da bu iki şəxsin bir – birinə qarşı hiss etdiyi maraq, həyəcan hissi ölməsin,daimən yaşasın.Çünki, bu hisslər olmazsa artıq ailə həyatı hər iki tərəf üçün sıxıcı gələcək və həyat monoton olaraq eyni qaydada davam edəcək

Bəs həyatımıza rəng necə qatıb, onu daha maraqlı edə bilərik ?


Hər şeyin başlıca səbəbi, insanın öz içində özünə qarşı hiss etdiyi özgüvən hissidir.Özünüzü nə olur olsun, hər hansı xarakter, yaxud bədən fiquranızın çatışmazlıqlarınızdan asılı olmayaraq özünüzə dəyər verib sevməyi bacarın. ( əlbəttə ki, bu şüurlu şəkildə baş verməlidir və təkəbbürlük səviyyəsinə heç bir halda qalxmamalıdır ).

Siz əgər öz haqqınızda güvənsizlik, narahatlıq hissi keçirsəniz, əmin olun ki, sizin bu narahatlıq hissiniz ətrafa da sirayət edəcək.Məsələn, sizin bədəninizin hər hansı bölgəsində artıq çəki yaxud da sellülitləriniz var.Bütün bu kiçik çatışmazlıqlarınızı belə sevin.İnanın ki, qarşınızdakı şəxslə birlikdə olduğunuz zaman, sizin gördüyünüz bu mənfi xüsusiyyətlərin heç birini o görməyəcək.Yetər ki, ona onu həqiqətən necə sevdiyinizi hiss etdirməyi bacara biləsiniz.

Bu artıq fikirləri beyninizdən atmağa çalışın.Çünki, göz önündə olan insanlar, modellər kimi qüsursuz bədən formalarına çox az insan sahib ola bilər və əmin olun ki, qarşınızda olan şəxs də sizdən o ölçülərdə olmağınızı gözləmir.Bəlkə də bədən formanızda ən sevmədiyiniz nahiyə yoldaşınızın sizdə ən çox bəyəndiyi bölgədir.

Sevginizi çalışın ki, hisslərinizlə, ona uyğun hərəkətlərinizlə sübut etməyi bacarasınız və özünüzə güvəniniz hər zaman tam olsun.Bu zaman siz qarşınızdakı şəxslə heç bir mənfi hallardan çəkinməyəcəksiniz və həyatınızda birlikdəliyiniz daha gözəl olacaq.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.