Pəhrizdə Olanların Diqqətinə Acarkən Gecələr Nə Yemək Olar?
Beləliklə, acdığımız zaman gecə nə yesək bizə ziyan verməz ?
1.KEFIR
1 stəkan kefir içmək olar.Əgər gecə aclıq sizə güc gəlibsə 1 stəkan yağsız kefir içmək sizin üçün ziyanlı olmaz.Xatırladaq ki, 1 stəkan yağlı kefirin enerki dəyəri - 100 qrama 56 kkal, yağsız kefir isə 100 qrama 30 kkal - dir.
2. QREYPFRUT
Bu meyvə olduqca faydalı, dadlı və zərərsiz meyvədir.Qorxusuz şəkildə gecələr onu qəbul edə bilərsiniz.
3. ANANAS
Doğrudur, bu meyvə gündəlik həyatımızda o qədər də çox istifadə etdiyimiz məhsul deyil, lakin, faydası, azkalorili olması və dadlı olması danılmazdır.
4. ALMA
Bu meyvəni yeyərkən əsas odur ki, həddi aşmayasınız.Çünki, alma güclü aclıq hissi yaratmağa malikdir.
5. ÇƏRƏZ VƏ QURU MEYVƏLƏR
Əksəriyyətimizi gecələr nə isə dadlı,şirin təamlar yemək ürəyimizdən keçir.Ən yaxşı seçim kimi isə quru gavalı, qaysıdır.
6. BANAN
Yaxşı olar ki, onu yaxşıca çeynəyərək, kiçik dilimlərlə yeyəsiniz.
7. BİŞİRİLMİŞ TƏRƏVƏZLƏR
Kiçik boşqabla bir bişirilmiş tərəvəz sizin fiquranıza heç bir zərər yetirməz.