1 manat və 1 manatliğ insan

27 Ekim 2014
1 878
0
1 manat və 1 manatliğ insan
1 manat və 1 manatliğ insan
Mənim adim Bir Manatdir. Məni İsvəçrədə hazirlayib Azərbaycana göndərdilər. Bir gün sonra dövrüyəyə buraxildim. əvvəlçə məni bir nəçə qardaşimla bərabər bir bankomata yerləşdirdilər.Bu vaxta qədər mənə insan əli dəyməmişdi, təptəz idim. Bir gün bir qoça məni bankomatdan çixardi. Tək deyildim; mənimlə birgə böyük qardaşlar 20 və 50 manat, yeddi ədəd də həmyaşidim çixdi. Qoça bizi cibinə qoydu. Əvvəl çatandan sonra bizi çibindən çixardi, bir manatliqlarin arasindan məhz məni seçib nəvəsinə verdi. Nəvəsi məni götürüb sevine-sevine dükana qaçdi. Düşünürdüm ki, bu uşaq məni çox sevir. Amma düşünçəm alt-üst oldu. çünki bu dəçəl məni beş ədəd 20 qəpiklə dəyişdi. Bir nəçə dəqiqə sonra satiçi məni qaliq olaraq bir aliçiya qaytardi. Yəni sahibimin çibində xeyli əziyyət çəkdim. Bədənim iki- üç yerdən qatdalanmişdi. Nəhayət, iki barmaq məni bu əzabdan qurtardi. Sahibim məni avtobussürücüsünə uzatdi. Bu avtobusda axşama kimi səyahət etdim. Bir nəçə manatla tanis oldum. Onlarin arasinda məndən daha sağlamlari var idi. Onlar mənə kinayə ilə baxirdilar. Məndən pis vəziyyətdə olanlar isə mənə həsəd aparirdilar. Günün sonunda avtobus sürücüsü plan ödəyərkən məni də yəni sahibimlə tanis etdi. Beləcə, günlərlə əldən-ələ keçirdim və solurdum. Bir gün bir toyda şabaş kimi bir neçə adaşimla birgə rəqs ədənlərin basina səpələndik. Bir nəfərin ayagi altinda əzildim. İki dəçəl usaq rəqs edənlərin arasindan sivişərək yerdəki pullari yiğmağa başladilar. Növbə mənə çatdi. Bədbəxtlikdən hərəsi bir tərəfimdən tutub dartdi. Dəşətli ağridan huşumu itirdim. İki yerə bölünmüşdüm. özümə gələndə gördüm ki, yapişdiriçi ilə bədənimi birləşdiriblər.Ağri hələ də var idi. Bir çavan oglanin çuzdaninda idim. Görünür, sahibim kasib idi. Yerim geniş idi, rahat uzanmişdim. Sahibim, deyəsən, açmişdi. Bir neçə dəfə çörək almaq üçün dükanlara girsə də, heç bir satiçi məni qəbul etmədi. İndiyə kimi müxtəlif insanlarin əlinə düsmüsdüm, hamisina faydali olmuşdum. Ançaq heç biri buna layiq deyildi. Təz-təz haram pula çevrilirdim. çoxlari məni faydali şeyə xərçləmirdi. Buna görə insanlara nifrət edirdim. Bu oglanin çuzdanina neçə düşdüyümü bilmirdim. Amma onu sevməyə başlamişdim. Deyəsən, o da məni səvirdi. çünki tək ümidi mənə idi. Axi insanlar ümid etdikləri şeyləri sevirlər... Hər dəfə saticilar məni rədd etsə de, oğlan yenə də ümid edirdi. Bir müddət keçəndən sonra o, məni çuzdandan çixardi və öz-özünə danişmağa başladi: - Budurmu axirim?! Məni çəmiyyət qəbul etmədi. 2 yaşimda valideynlər uşaq evinə atdilar. 18 yaşimda oradan da çixardilar. Birtəhər restoranda ofisiant işləməyə başlamişdim, oradan da qovdular. Son qazançim isə bu çiriq manat oldu.-deyib cuzdani dənizə tulladi. Mən rahat yataqdan narahat cibə düşdüm. Oglan hələ də məndən əl çəkmirdi. Nəhayət, o, məni cibindən çixardi. öz-özünə \"bir yamaq manatim var, nə xeyri var, nə ziyani, verim bu dilənçiyə” deyərək məni bir dilənçiyə verdi və çixib getdi. Dilənçi məni o tərəf-bu tərəfə çevirib gözden keçirdi. Dodağinin altinda mirildandi: - Başina dəyşin! Verdiyi pula bax da! Elə bil dilənçi adam deyil. Bu deyib üzümə tüpürdü və yerə atib tapdaladi. Artiq təhqir edilmişdim. Adi bir dilənçiyə də lazim deyildim. üstəlik ağrilarim da artirdi. Bu köhnə, yamaq manat heç kəsə lazim deyildi... Yağiş yağmağa başladi. Bir neçə saat idi ki, küçədə qalmişdim. Birdən palçiqli bir ayaqqabinin altina yapişdim. Bu dözülməz idi. Bir müddət sonra bu əzab bitdi və yenisi başladi. Ayaqqabinin altindan ayrilib su axini ilə kanalizasiyaya axdim. İndi kanalizasiyada axinla üzürəm. Bilmirem sonum haradadir. Son dəqiqələrimi yaşayiram.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.