İbrətamiz Hekayə

31 Ekim 2014
5 679
0
İbrətamiz Hekayə
İbrətamiz Hekayə

Dünya görmüş bir kişi nə qədər çalışırdı oğlunu yola gətirə bilmirdi. Oğlu çox qudurğan, vurub yıxan və insanlara hörmət etməyən biri idi. Ata ölmədən oğluna dərs vermək istəyir amma oğlan atasını belə dinləmək istəmir
Ata dünyadan köçmək üzrə olanda, oğlunu yanına çağırıb vəsiyyət edir. Oğlum sənə belə bir vəsiyyətim var :
"Mən bu dünyadan köcəndə məni corablarımla basdırarsan. Qoy corablarım ayagımda olsun."

Sonra da bir məktub yazıb oğluna verir ki, əgər hər hansı bir iş barədə çətinə düşsən açıb bu məktubu oxuyarsan, sənə kömək olar. Ata vəsiyyətlərini edir və gözlərini əbədi yumur...

İslam qayda qanunu ilə buna meyid qüslu alınır,hər bir şey olunur,iş gəlir bunun basdırılmasına çatır. Oğlu deyir ki, atam vəsiyyət etmişdi ki, məni corablarımla basdırarsız. Molla oğula deyir:
- Sən nə danışırsan? Biz müsəlmanıq! İslamda elə şeyə izn yoxdu,corab məsələsini yığışdır, kişini basdıraq.

Oğlu deyir:

- Yox, mən atamın vəsiyyətinə mütləq əməl eləməliyəm.

Molla da razılaşmır. Deyir bu məsələni baş mollaya demək lazımdır, görək o nə deyir. Baş mollaya çatdırırlar o da deyir ki, corabla basdırılması qeyri-mümkündür.Oğlu da yapışıb ki, nə olursa olsun, mən atamın vəsiyyətini poza bilmərəm. Baş molla deyir ki, qoy bunu yuxarıya deyək, onlar izn verərlərsə onda basdırmaq olar. Yoxsa mümkün deyil... Yuxarıdan da
"yox" cavabı gəlir. Oğul çıxılmaz vəziyyətdə qalır, düşür çətinə. Birdən atasının məktub məsələsi yadına düşür ki, atası ona məktubu verəndə demişdi ki, nə vaxt çətinə düşsən açıb bunu oxuyarsan. Oğlu tez alıb məktubu açıb oxuyur. Atası məktubda yazmışdi:
-Oğul görürsən? Özümlə o dünyaya bir cüt corab aparmaq istəyirəm ona da imkan vermirlər. Odur ki, dünya malına çox da həris olma!!!


Ümid edirəm ki, hekayədən özünə nəticə çıxaranlar oldu...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.