Bir Qəribə Bülbül

03 Kasım 2014
2 074
0
Bir Qəribə Bülbül
Bir Qəribə Bülbül

Çox köhnə zamanlarda bir gün bir cavan varmış... Bu cavan çox zəngin bir ailənin qızına aşiq olmuş. Amma qız cavan kasıb deyə ona üz vermirmiş. Gənc, bir yeni il gecəsi bütün cəsarətini yığmış və qızı yeni il gecəsi balosuna dəvət etmək üçün evinə getmiş. Qapını gənc qız açmış. Qıza, özünü yeni il gecəsi balosuna dəvət etməyə gəldiyini birlikdə rəqs etmək istədiyini söyləmiş. Qız qəbul etmiş amma bir şərti varmış. Ondan balo üçün tikdirdiyi paltarının yaxasına taxmaq üçün qırmızı bir gül istəmiş.

Cavan sevinərək oradan ayrılmış. Dərhal qızın istədiyi qırmızı gülü axtarışa baslamış. Amma mövsümlərdən qış olduğunu və bu mövsümdə bir gül tapa bilməyəcəyini heç düşünməmiş. Bütün çiçəkçiləri gəzmiş amma hər kəs ona qış mövsümündə gül axtarır deyə dəli gözüylə baxırlarmış. Gənc çox kədərli bir şəkildə evinin yolunu tutmuş. Evinə girərkən bağça da hələ açmamış bir gül budağı görmüş amma üzərində yalnız tikanlar varmış. Gözlərindən bir damla yaş süzülmüş. O sırada cavanın bağçasına bir bülbül gəlmiş. Cavanın ağladığını görən bülbül buna çox kədərlənmiş. Səhərə qədər gül dalının başında bildiyi ən gözəl mahnıları söyləmiş bülbül. Bülbülün gözəl səsindən təsirlənən gül budağı səhərə doğru ağ bir gül açmış. Halbuki gənc qırmızı bir gül istəyirmiş.

Ağ bir gülün açdığını görən bülbül sinəsini tikanlardan birinə batıraraq qanının axmasını təmin etmiş. Bülbülün sinəsindən axan qanla ağ gül qırmızı gülə çevrilmiş. Səhər bağçasinda qırmızı bir gül açtıgını görən gənc gülü götürərək qızın evinə getmiş və qızın qapısını döymüş. Qapını yenə qız açmış. Qızın yeni paltarının yaxasına qızıldan hazırlanmış bir gül taxdığını görmüş. Qıza istədiyi qırmızı gülü gətirdiyini baloya birlikdə gedib rəqs edəcəklərini xatırlatmış.

Halbuki gənc qız baloya zərgər bir gənclə gedəcəyini, yaxasıınada qızıldan hazırlanmış bir gül taxdığını söyləmiş və qapını bağlamış. Cavan çox kədərli bir şəkildə oradan ayrılmış. Gözlərindən dayanmaq bilməyən yaşlar süzülürmüş. Yolun qarşısına keçərkən əlindəki qırmızı gül yerə düşmüş, palçıqlı və qarlı yolda avtomobillərin altında əzilən gül itib getmiş. Gənc kədərli bir şəkildə evinə dönərkən bağçasında gül budağının yanında yerdə yatan bir şey görmüş. Dərhal yanına getmiş. Yerdə gördüyü bir heç uğruna canını verən fədakar bülbülmüş.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.