Doğum ayına görə hansı kraliça olduğunu və xarakterini ÖYRƏN

29 Haziran 2022
2 978
0
Doğum ayına görə hansı kraliça olduğunu və xarakterini ÖYRƏN
Bəzən hər birimiz özümüzü kraliça kimi hiss etmək istəyirik.
Əziz xanımlar, Feat.Az sizə bu imkanı qazandırıb, doğulduğunuz aya görə hansı kraliça olduğunuzu və xarakterinizdən bəhs edən yazını təqdim edir.


Yanvar. Dözümlülük və təmkin kraliçası

Bu ayda doğulan qadınlar taleyin onlara hazırladığı bütün sürprizləri, xoşagəlməz hadisələri təmkinlə qarşılayır. Onlar həyatın bütün çətinliklərinə rəğmən daim başıuca,alnıamıq gəzirlər.Qismətlərindən şikayət etmək əvəzinə nəticə çıxardıb, ətrafndakılara məsləhət verməyi bacarırlar. Yanvar kralıçalarının səbrinin həddi var. O həddi aşdınızsa, yaxşısı budur onların gözünə görünməyin.


Fevral. Ən qürurlu kraliça[/b]
Bu ayda doğulan qadınar çox iddialı olurlar. Onlarda qüdrətli lider və güclü rəhbər istedadı var. Bütün komandasının taleyini müsbət yöndə dəyişəcək qərarlar vermək qabiliyyətinə malikdirdirlər. Fevral kraliçalarının özlərinə güvənləri sonsuzdur. Ən çox inandıqları insan da özləridir. Güclü instinktləri sayəsində ətrafındakıların daxili aləmini görə bilirlər.Onların ən zəif nöqtəsi uşaqlardır.


[b]Mart. Zərif Kraliça

Bu ayda doğulan xanımlar çox zərif və həssasdırlar. Bəzən isə kifayət qədər inadkar olurlar. Bu onların gözəlliyinə zərif çalar qatır. Ən zərif kraliçaların incə zövqləri olur. Martda doğulan nəcib xanımlar sanki maqnit kimi kişilərin nəzərini özlərinə çəkməyi bacarırlar.


Aprel. Öz qanunları ilə yaşayan kraliçalar
Aprel kraliçalarının əsas özəllikləri qaydalara qarşı çıxmaqları deyil, öz qanunlarına görə yaşamaqlarıdır.Bu kraliçalar çox cazibədar olurlar. İlk baxışdan əks cinsin rəğbətini qazana bilirlər. Onların hədəfə doğru irələiləmək xüsusiyyətləri cəmiyyətdə bu kraliçalara xüsusi münasibət formalaşdırır.


May. Döyüşçü kraliça

Daxilində əsil xanım olan may kraliçaları cəsur və döyüşçü ruha sahibdirlər. Onlar vicdanlı və ədalətli sərkərdədirlər. Ailə qurduqdan sonra bu xanımlar bütün ağırlığı çiyinlərində daşıyacaq qədər müdrikləşirlər. Adətən may kraliçalarının ailə həyatı digərlərinə nisbətən daha uğurlu olur.


İyun. Gələcəkdən xəbər verən kraliça
Bu kraliçalar mülayim və qalmaqaldan qaçan olurlar. Onlar insanları çox yaxşı tanıyırlar. İyun kraliçalarının 6-cı hissləri çox güclü olur. Gələcəyə dair fikir bildirmək bacarıqları var.İnsanlara isə hər zaman ehtiyatla yanaşır, tam güvənməməyi üstün tuturlar.


İyul. Qəlbyeyən kraliça
Bu kraliçalar uşaq vaxtı öz gözəlliyi ilə hərkəsi heyran qoyan qızcığaz olur, böyüdükcə hakimiyyəti əlinə alan həyat yoldaşı və anaya çevrilirlər. Kişilər iyul kraliçalarının dərdindən divanədirlər. Onların yaşı artdıqca daha da nəfis gözəlliyə sahib olurlar. Bütün bunlara baxmayaraq iyul kraliçaları xarici gözəllikırinə böyük önəm vermirlər.


Avqust. Lider kraliça
Bu xanımlar sözün hər mənasında liderdilər. Onlar həyatda çox şeyə nail olurlar.Onların yardımsevırliyindən bəzən ətrafdakılar süi istifadə edirlər.


Sentyabr. Möcüzə yaradan kraliça
Bu aydadoğulan xanımların xarakteri müxtəlif ola bilər.Lakin onları bir özəllik birləşdirir- senytabr kraliçaları adətən heçnədən möcüzə yarada bilirlər. Bu kraliçalar çox diqqətliolurlar. Ən gözəl analar məhs bu ayda doğulur.


Oktyabr. Hisslərin kraliçası
Bu kraliçalar bəzən kənardan çox soyuqqanlı görünə bilərlər. Lakin daxilən çox həssasdırlar.Onların qəlbi çox vaxt duyğu burulğanının məskəni olur. Daxili zənginlikləri hesabına zahiri rahatlıqları ilə istənilən kişini özlərinə heyran qoyurlar.


Noyabr. Cadugər kraliça
Belə kraliçalar adətən ehtiraslı və füsunkar olurlar. Onlar sevəndə bu yolda bütün güclərini sərf edirlər. Noyabr kraliçaları çox güxlü psixoloqlardır. İnsanların hisslərini üzəçıxarmağa qadirdirlər. Bu xanımların yuxuları adətən çin çıxır.


Dekabr. Səyahət kraliçası
Bu xanımlar bir yerdə yaşadıqları halda qəlblərində digər məkan və mühitin arzularını qururlar. Çox vaxt da səyahət arzularını nəyin bahasına olursa-olsun reallaşdırırlar. Mülayim xasiyyətləri və qeyri-adi şarmları insanları valeh edir.
publika.az
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET