Utananın oğlu olmaz

08 Ocak 2022
2 647
0
Utananın oğlu olmaz
Məktəb illərində məktəbin ən yaraşıqlı oğlanı sənə yaxınlaşanda utanar və bir söz belə deyə bilməzdin. Amma artıq məktəb illəri geridə qalıb. Sən də yeniyetmə yox, gənc qızsan. Xüsusilə də, cazibəli, yaxşı nitqə malik olan, zarafatcıl bir qızsansa sənə həddən artıq utanmaq heç yaraşmaz. Düzdür utanmaq yaxşı haldır. Amma deyildiyi kimi: “utananın oğlu olmaz”. Həddən artıq utancaqlıq hissi xoşa gəlməmək qorxusundan yaranır. Və ağlına gələn yeganə çıxış yolu özünü müdafiə üçün kişini özündən uzaqlaşdırmaq, rədd etməkdir.

Həddən artıq utancaqlıq da bir şey deyil

Utancaqlıq hissini dəf etmək üçün sənin 3 çıxış yolun var:

1. Relaksasiya


Yoqa, sofrologiya və ya hər hansı başqa bir rahatlama texnikasından istifadə etmək özünə inamı geri qaytarmaq üçün keçirilməsi vacib olan mərhələdir.

2. Hipnoz


Hipnoz vəziyyətində psixoterapevt heç bir problem yaşamadan yaraşıqlı cavan ilə tanış olduğunu sənə təlqin edə bilər. Oyandıqdan sonra bu vəziyyət yaddaşında qalacaq və sonradan tanış olmaq cəhdi sənə qorxulu bir hadisə təəssüratı bağışlamayacaq.

3. Təmas


Rahatlaş. İnsanlara qarşı nəzakətli ol. Onlara xoş söz de. Və beləliklə, tədricən səni sıxan kompleksdən azad olacaqsan. Nəticədə, kişilərə, xüsusilə də, xoşuna gələnlərə baxmaqdan qorxmayacaqsan.
foxy.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.