Qocalmanı sürətləndirən gündəlik vərdişlər: Dərhal həyatınızı dəyişin!

20 Şubat 2018
1 604
0
Qocalmanı sürətləndirən gündəlik vərdişlər: Dərhal həyatınızı dəyişin!
Qaqabaqlı dayanmaq

İnsanın mimikaları gözəl görünməsində mühüm rol oynayır. Ən gözəl insan belə hirsli, qaşqabaqlı baxanda eybəcərləşir. Üstəlik, qaşqabaqlı durmaq, üzü turşutmaq mimik qırışların dəridə yer eləməsini sürətləndirir. Bunu çox gülənlər haqqında da deyirlər, lakin gülümsəməkdən vaz keçmək serotonin hormonlarına yox deməkdir ki, bu hormonlar olmadan da insan tez yaşlanır. Odur ki, gülümsəyin , cənablar!

Stress


İnsan orqanizminə stresin vurduğu ziyan artıq çoxdan isbat olunub. Bu səbəbdən insan üzündə nəinki qırışlar, hətta orqanizmdə müxtəlif xəstəliklər yaranır. Çox əsəbi insanlar, hər yüngül situasiyada qayğılanan şəxsiyyət tipləri üçünsə psixi sağlamlığa müsbət təsir edən xüsusi çalışmalar var.

Otaq temperaturu


Evdə həddən artıq yüksək temperat urinsan dərisinin qurumasına səbəb olur, nəmişliyi çəkir, həddən artıq qurumuş dəri isə tez qırışır. Otaqda temperatur müsbət 20 dərəcə olmalıdır. Oturduğunuz otağın havasını tez- tez dəyişin ki, oksigenlə zəngin olsun, təmiz hava kompüter arxasında işləyənlərə daha çox lazımdır, bu görmə qabiliyyətinə yaxşı təsir göstərir.

Gözətrafı dəri


Gözətrafı dəri üzün ən incə hissəsidir. Buna görə göz ətraflarına xüsusi qayğıı göstərilməlidir. Göz ətrafında qırışlar hələ gənckən də yarana bilər. Buna görə tərkibində kofein, peptidlər və nikotin turşusu olan gözətrafı kremlərdən istifadə olunmalıdır. O cümlədən qulaq və boyun dərisinə qulluq da unudulmamalıdır.

Televizora baxmaq

Alimlər araşdırmalar nəticəsində belə qərara gəliblər ki, televizora baxmaq zərəli asudə vaxt təşkilidir. Televizora uzun müddət baxmaq həm görmə qabiliyyətini zəiflədir,həm də insanın duruş qabiliyyəti dəyişir ki, bunun nəticəsində də daxili orqanlar zərər görür. Ekspertlər bildirilər ki, ya hər yarımsaatdan bir ekran qarşısından durub gəzmək və ya televizora baxarkən hansısa kişik idman hərəkətləri ilə məşğul olmaq lazımdır.

Üz yumaq


Həddən artıq tez- tez üz yumaq da üz dərisini qocaldır. Yuyularkən üz dərisi qırışların və dəri qurumasının qarşısını alan efir yağlarından məhrum olur. Gündə 2 dəfədən çox üz yumaq dəri üçün zərərlidir.

Dietlər


Hansısa maddələrin rasiondan bir dəfəlik çıxarılması artıq ona öyrəşmiş orqanzim üçün zərərli ola bilər. Həddən artıq yağ itkisi dərinin tərafətini və gərilmə qabiliyyətini azaldır. Orqanizm üçün faydalı olan omeqa 3, yağlı turşular və digər faydalı yağları əldə etmək üçün kətan yağı, balıq yağı, avokado kimi ərzaqlardan tez- tez istifadə edin.

Kofe


Kofe sidikqovucu içkidir, orqanizmdə kortizolun miqdarını artırır ki, bu da qocalma prosesini sürətləndirir. Ekspertlər kofenin ardınca bir stəkan su içməyi və ya onu yaşıl çayla əvəz etməyi məsləhət görürlər.

Zərərli vərdişlər


Gəncliyin ömrünü qısaldan zərərli vərdişlərdən – siqaret, alkoqollu içkilər və ən əsas da narkotiklərdən uzaq durmaq lazımdır. Çiqaret çəkərkən ciyərlərə daxil olan tüstü hüceyrələrə oksigenin verilməsini çətinləşdirir, damarları daraldır və bu da qocalmanı sürətləndirir.

Yuxu


İnsan orqanizmi üçün yuxu çox vacibdir. İstirahət etməmiş dəri yorğun və solğun görünür. Yuxu zamanı bədənin duruş şəkli də çox vacibdir. Üzü üstə yatmaq vaxtsız qırışların yaranmasını sürətləndirir.

Bizim Yol
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.