Cəhənnəm əhli ən çox nədən nalə çəkəcək?

16 Mart 2018
1 391
0
Cəhənnəm əhli ən çox nədən nalə çəkəcək?
İşlərini təxirə salmaq hər bir insana tanış olan bir sifətdir ki, şeytan (lən) tərəfindən insana təlqin edilər. Nəticədə insan ziyan çəkən olar.

İnsan deyər: Bu gün artıq gecdir, sabah edərəm.

Sabahdan namazımı vaxtında qılacağam.

Sabahdan artıq qeybət etməyəcəyəm.

Sabah filankəsdən halallıq istəyəcəyəm.

Sabah, sabah, sabah...

Feat.Az deyerler.org-a istinadən bildirir ki, nə çoxdur bu sabahlar! Halbuki, qəflətin nişanələrindəndir. İnsan unudur ki, əbədi deyildir, bir gün gələcəkdir ki, yerinə yetirməli olduğu işlərə görə həsrət çəkəcək, artıq o zaman gec olacaqdır. Geriyə qayıtmaq fürsəti olmayacaq və nalə çəkəcəkdir ki, bu naləni cəhənnəm əhlindən başqası eşitməyəcəkdir.

Şeytanın və nəfsi-əmmarənin əsil işi - tövbə və istiğfarı təxirə salmaqdır. Şeytan (lən) vəsvəsə edər: "Nə tələsirsən?! Hələ fürsətin vardır.Hələ cavansan. Qocalan zaman bu haqda düşünərsən".

Ancaq insan unudur ki, ölüm heç də ancaq qocalara aid deyildir. Əgər müasir zamana nəzər salsaq, görərik ki, statistikaya görə cavanların ölüm səviyyəsi qocalardan az deyil.

İmam Muhəmməd Təqi (ə) buyurur: "Tövbəni təxirə salmaq əslində bir növ aldanmaqdır. Bu gün və sabah etmək - tövbə üçün heyrətə səbəb olar. Allah qarşısında üzrxahlıq etmək həlakətə gətirib çıxardar. Günaha (günahı təkrar etmək) israr etmək - Allahın məkrindən bir növ rahat olmaq deməkdir. Ancaq ziyankar insanlar Allahın məkrindən rahat olarlar".

İmam Əli (ə) buyurur: "O kəslərdən olma ki, əməl olmadan axirətə ümid bəsləyərlər. Uzun arzularla tövbəni təxirə salarlar".

Günah sanki bir yara və xəstəlikdir ki, fürsət tapan kimi ondan xilas olmaq lazımdır. Cərrahi yolu isə tövbə və istiğfardır. Əks halda, canın təhlükəyə düşər.

ƏN SON XƏBƏRLƏR

HAMISI
Sevdiyim Yazılı Şəkillər 2019 (85)
18:00
0

Sevdiyim Yazılı Şəkillər 2019 (85)

Qusma - hansı xəstəliklərin xəbərçisidir? - Qarşısını nələr alır...
17:00
58

Qusma - hansı xəstəliklərin xəbərçisidir? - Qarşısını nələr alır...

Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO
16:00
128

Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO

İki Kappuçino Yazılı Şəkilləri 2019 (28)
15:00
219

İki Kappuçino Yazılı Şəkilləri 2019 (28)

Yaddaşı gücləndirən 6 qida
14:00
95

Yaddaşı gücləndirən 6 qida

Bürclərin Sevilməyən Özəllikləri - Fotolar
13:00
267

Bürclərin Sevilməyən Özəllikləri - Fotolar

Ağrıkəsicilər öldürə bilər? - ARAŞDIRMA
12:00
56

Ağrıkəsicilər öldürə bilər? - ARAŞDIRMA

Şuba Salatı Resepti
11:00
137

Şuba Salatı Resepti

Axtar Onu Yazılı Şəkilləri 2019 (5)
10:00
490

Axtar Onu Yazılı Şəkilləri 2019 (5)

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 529 İRƏLİ