Meyvəni 10 dəqiqə sirkəli suda saxlasanız...

29 Nisan 2018
1 243
0
Meyvəni 10 dəqiqə sirkəli suda saxlasanız...
İnsan sağlamlığının ən başlıca şərtlərindən biri gigiyenadır. Gigiyena şərtlərinə əməl edərək, bir çox xəstəliklərə yaxalanmaqdan qurtula bilərik. Amma təəssüf ki, bəzən gigiyenamızı qorumaq bizim ixtiyarımızda olmur.



Feat.Az-ın məlumatına görə, mütəxəssislər bildirir ki, yuyulduğu təqdirdə tez xarab olan meyvələrin əksəriyyəti hansısa şirniyyatlarda istifadə olunduqda yuyulmur. Təbii ki, bu da insan orqanizmi üçün olduqca təhlükəlidir.



Məsələn, tort bişirilməsində çox istifadə olunan çiyələk heç zaman yuyulmur. Təəssüf ki, həqiqət budur. Çünki yuyulduqda meyvə çürüyüb xarab olur.



Meyvə və tərəvəzlərin üzəri həm təbii floralarından, həm də torpaq və su ilə gələn mikroorqanizmlərlə dolu olur. Buna görə meyvəni su ilə yuduqdan sonra 10 dəqiqə sirkəli suda saxlasanız, çürüməyə səbəb olan bakteriyalardan qurtulacaqsınız.



Həmçinin banan, alma kimi meyvələrin qaralmasının qarşısını almaq üçün C vitamini, yəni limon suyundan faydalanmaq lazımdır. Qaralan meyvələrin limon suyu ilə yuyulması qaralmanı önləyəcək.
lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.