Diş ağrısını kəsməyin ən sadə üsulları… » Feat.Az Sekiller, Xeberler, Yazili

Diş ağrısını kəsməyin ən sadə üsulları…

16 July 2018
440
0
Diş ağrısını kəsməyin ən sadə üsulları…
Uşaqdan böyüyə hər birimizin ən qorxulu yuxularından biri də diş ağrısıdır. Həkimə getmək qədər evdə ağrıya dözmək də əzab verir.

Feat.Az
Publika.az-a istinadən evdə diş ağrılarından qurtulmağın üsullarını təqdim edir:

Sarımsaqla müalicə

Sarımsağın bir dişini qabığından təmizləyin. Sonra onu duzun içərisinə qoyun. 5 dəqiqə qalandan sonra ağrıyan dişinizin üzərində saxlayın. Bu proseduru gün ərzində bir bir neçə dəfə təkrarlayın. Diş ağrınız keçəcək.

Duzlu su

İlıq suya bir qaşıq duz lavə edin. Duzlu suyu 5 dəqiqə ağzınızda saxlayın. Bu vasitə də diş ağrısını azaldır.

Buz

Bir parça buzu dişiniz ağrıyan yanağınıza toxundurun. Amma damağınız irinlidirsə, bu üsulun sizə yalnız zərəri olacaq.

Donuz piyi

Diş ağrısının növbti düşməni saladır (donuz piyi). Ağrıyan dişin damağı ilə yanağınız arasına tampon kimi sala qoyun. Ən azı 15 dəqiqədən sonra sala diş ağrınızı çəkəcək. Sonda piyi ağzınızdan çıxardın. Fərqi hiss edəcəksiniz.
Xəbərlərdən daha tez xəbərdar olmaq üçün Facebook Səhifəmizi izləyə bilərsiz.
Şərh Yaz