Bir Qadın gördüm...
Yolumdan bir qadin keçdi…
Qucağinda körpə qizi.
Himə bənddir,
Söz soruşsam
Zülüm- zülüm ağlayacaq.
Bu yaz günü qadin elə titrəyir ki..
Sanki qişdi
Qar altinda vücudunu kəsir sazaq.
Simasinda bir vicdansiz zərbəsinin əl izləri,
Hələ qorxu tərk etməyib
Aci dolu o gözləri.
Qoynundaki körpəsinə siğinibdi.
Bu mələyin
O saf, məsum gülüşüylə ovunubdu.
Sol əlinin arxasiyla gözlərindən yaşi silir.
Kimsəsizlik ona elə güc gəlib ki,
Qoynundaki, qoruduğu o körpəni arxa bilir…
Yolumdan bir qadin keçir…
Ağir –ağir…
Sanki daşdi ayaqlari
Adlayib gəlib illəri.
Bu dünyanin ağirliğin saxlayibdi
Onun zərif çiyinləri.
Əllərindən tutb çəkir o, balaca övladini,
Tək bir ola bağilayibdi arzusunu, muradini.
Həyat ona gülməyibdi,
Tək qalibdi körpəsiylə.
Min bir zülüm, əziyyətlə
Öz ovcunda böyüdübdü o,
Qaniyla, nəfəsiylə.
Bəlkə yoxdu siğinacaq bir otagi, açilacaq bir qapisi?
Bəlkə yoxdu sahib çixan bir qardaşi, bir atasi?
Ya da qucub oxşayacaq bir anasi, bir bacisi?
Həm anadir, həm atadir, bu tifildir onun vari.
Bir allahdir uman yeri…
Siğinacaq bir qapisi,
Umacaği güman yeri…
Yolumdan bir qadin keçir…
Yolumdan min qadin keçir, hər baxişda ayri qüssə.
Bir anadir,
Ana borcun verməz kimsə.
Anam, bacim,
Qoy heç zaman sindirmasin həyat səni.
Xoş sabaha aparacaq yaşamağa inad səni.
Yox, kimsəsiz deyilsən sən!
Sənə arxa, sənə dayaq
Uca rəbbim var deyirəm.
Hər bir ana qarşisinda diz çökürəm,
Baş əyirəm..

R.T.Fikammm