Sızanaqları yox edən güclü vasitə: "boltuşka"

09 Temmuz 2022
1 917
0
Sızanaqları yox edən güclü vasitə: "boltuşka"
Feat.Az saglamolun.az-a istinadən kosmetoloqların tez-tez istifadə etdiyi məşhur "boltuşka"nın reseptini təqdim edir. Bu tanınmış vasitə sızanaqlarla mübarizədə çox effektlidir.

Boltuşkanın reseptləri çoxdur, sizi bu reseptlərdən biri ilə tanış edirik. Bu resepti rus kosmetoloqu Elena Beloserkovskaya "Komsomolskaya pravda" qəzetinin oxucuları ilə paylaşıb.

Tərkibi:

- 5 həb levomesitin

- 3 həb aspirin

- 50 ml tibbi spirt

- 50 ml borat turşusunun spirtli məhlulu (2%) - спиртовый раствор борной кислоты 2%

Hazırlanması:

Həbləri yaxşı əzin, spirti və borat turşusunu əlavə edin, qarışdırın. Boltuşkanı kiçik şüşə butulkaya tökün və soyuducuda saxlayın. Vasitəni hər axşam yatmazdan əvvəl sızanaqlar olan nahiyələrə çəkin (yumaq lazım deyil). İstifadə etdikdən əvvəl vasitəni yaxşı çalxalayın.

Nəzərə almaq lazımdır ki, bu vasitə allergiyaya səbəb ola bilər. Hamilə və əmizdirən qadınlara istifadə etmək olmaz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.